Sumqayıtlı I qrup əlil ölkə başçısına müraciət edib -MƏTN (FOTOLAR)

XEBERLE.COM

Sumqayıtlı I qrup əlil ölkə başçısına müraciət edib -MƏTN (FOTOLAR)

Xeberle.com mütəmadi olaraq vətəndaşların şikayət ərizələrini və müraciət məktublarını təqdim edir. Bu dəfə Sumqayıtda çoxunun tanıdığı, bir neçə kitab müəllifi, aktiv sosial şəbəkə istifadəçisi yerimə əngəlli 1-ci qrup əlil olan Samir İmanov ölkə prezidentinə müraciət edib. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq.

Hörmətli cənab Prezident.Mən Saray qəsəbəsində yaşayıram və yerimə əngəlli 1-ci qrup əliləm. “Serebral İflic” və ”Hemofiliya” xəstəliklərindən əziyyət çəkirəm. Hərəkət qabiliyyətimin 70 faizədək məhdudlaşmasına baxmayaraq, ictimai fəaliyətlə məşğul oluram. Dəfələrlə Fəxri Fərman və Diplomlarla təltif edilmişəm. Daimi olaraq yerli və xarici mətbuatın diqqət mərkəzində olmuşam. Bir çox yazı müsabiqələrinin qalibiyyəm. Dəfələrlə orta məktəb şagirdlərinə “əlillik” və “əlil insanlar” haqda təlimlər keçmişəm. Bütün bunlarla yanaşı aktiv olaraq yaradıcılıqla da məşğul oluram və, əlillik və əlilliyi olan insanlar barəsində müfəssəl məlumatların yer aldığı bir neçə kitabın müəllifiyəm. Bu müraciəti sizə ünvanlamağıma səbəb, yaşadığım çətin həyat şəraiti ilə bağlıdır və bu məsələdə sizin dəstəyinizə ehtiyacım var. Belə ki, hazırda yaşadığım Abşeron rayon Saray qəsəbəsi, Məmməd Araz küçəsi, ev 19-da yerləşən kiçik həyətyani sahədəki mənzil şəraitim çox acınacaqlı vəziyətdədir. 3-cü qrup əlil olan həyat yoldaşım və fiziki məhdudiyyətli 3 yaşlı oğlumla birgə kiçik daxmada yaşayırıq. Bu kiçik daxmadan eyni zamanda hamam və mətbəx kimi də istifadə edirik. Payız və qış fəsillərində vəziyyət daha da dözülməz olur. Hal-hazırda yeganə gəlir mənbəm, dövlət tərəfindən 1-ci qrup əlil olduğuma görə ödənilən sosial müavinətdir. Bu pulla isə ev tikmək mümkünsüzdür. İnkşaf etmiş digər dövlətlərdə əlilliyi olan insanların ən kiçik uğurlarına belə yüksək qiymət verildiyi halda, bu qədər uğurlarımın müqabilində belə bir çətin və acınacaqlı şəraitdə yaşamağım məndə dərin təəssüf hissi oyadır. Dəfələrlə Abşeron Rayon İcra Hakimiyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və digər qurumlara müraciətlər ünvanlasam da, bu qurumların hər biri içində olduğum dözülməz vəziyətə qarşı məsuliyyətsiz və biganə yanaşıblar. Xarici ölkələrdən gələn qonaqlarımı da bu kiçik daxmada qəbul etməyə məcburam ki onlar da bu vəziyəti təəccüblə qarşılayırlar.Hörmətli cənab Prezident!Sizdən çox xahiş edirəm həyətyanı sahəmdə heç olmazsa, vanna otağı və mətbəxi ilə birgə 1 otaqlı evin tikilməsinə köməklik edəsiniz və ya bu məsələ ilə bağlı aidiyyəti qurumlara göstəriş verəsiniz. Bu məktubu sizə böyük ümidlərlə yazıram və ürəkdən inanıram ki 3 əlil insanın yaşadığı acınacaqlı şəraitə biganə yanaşmayacaqsınız və bizə sevinc bəxş edəcəksiniz.

1-ci qrup əlil, İmanov Samir Mahir oğlu. qartalorg@mail.ru

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir