ZAUR VEDİLİ

12

Zaur Vedili (Cəlilov Zaur Həsən oğlu) 24 avqust 1974-cü ildə Vedibasar mahalının Xalisa kən­dində dünyaya göz açıb. 1988-ci ilə qədər doğma kəndində yaşayan Zaur Vedili məlum hadisələrlə əla­qədar olaraq elə həmin il yüz minlərlə yerliləri kimi məcbur halda öz doğma ata- baba yur­dunu tərk edib Azərbaycana pənah gətirir. İlk təhsi­li­ni doğma kəndi Xalis­ada alan Zaur Vedili Naxçıvan şəhərində məskun­laşdıq­dan son­ra şəhərdəki on bir saylı orta məktəbdə təhsilini da­vam etdirib.

1996-2000-ci illərdə isə Naxçıvan şəhərindəki Ü.Hacı­bə­yli adına Musiqi Kollecinin xanəndəlik sinfində təhsil alır. İlk şeirini 1987-ci ildə yazan Zaur Vedili Naxçıvana köçərkən yazdığı şeir­lə­rini özü ilə gətirə bilməyib. Buna baxma­ya­raq Zaur Vedili yenə öz yaradıcılığını davam etdirib. Müxtəlif yerli və xarici mətbuat səhifələrində ara-sıra oxucu­lar­la görüşən Zaur Vedili hal-hazırda “Vedi həsrəti”, “Haray”, “Ay­günlü Səmalı dünyam”, “Ayrılıqdan qorxu­ram”, “Ürəyim­də yanan işıq”, “Duz səpilmiş yaramız”, “Sev­gi­mizin xətri­nə”, “Durnalar gələndə qayıdacağam” adlı şeir­lər və dram əsərlərin­dən iba­rət olan “Məhəbbətin intiqamı” adlı kitabların müəllifi­dir.

                                                                                                                                                                                                                                                      Bir neçə əsəri Naxçıvan Dövlət Televiziyasında və Ra­dio­sunda, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında səhnələşdirilib tama­şa­çı və dinləyicilərin ixtiyarına verilib. Müx­təlif bəstə­kar­lar, müğənnilər və xanəndələrlə bərabər aşıq­larımız da Zaur Vedili yaradıcılığına üz tutur.

       “VEDİBASAR” qəzetinin Nax.MR üzrə bölgə müxbiri olan Zaur Vedili Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

KİTABI YÜKLƏ → →→ bizi-sevgi-yashadacaq

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir