Döyüş Tarixi

2016-02-24-21-33-15qaziler

İcmal-1

Adalet.az-ın “Döyüş tarixi” rubrikasının bu günə qədərki qonaqlarının müsahibələrindən maraqlı hadisələri seçib sizə təqdim edirik. Rubrikamızda işrirak etmiş müsahiblərimiz arasında Veteran və Milli qəhrəmanlar yer alıb.

1992-ci ildə ölkə başçısı tərəfindən ona Milli Qəhrəman adı verildiyini, lakin bu addan imtina etdiyini təkrarla söyləyən tanınmış Qarabağ qazisi Arif Məhərrəmov 90-cı illərin ilk vaxtlarında Ağdamı yada salır: “Ağdamda döyüşlər gedən mərhələdə biz ordaydıq. Bir gün axşam vaxtı Ağdamda bizimkilər başladılar göyə atəş açmağa. Təəccüblə yoldaşlarımdan soruşanda dedilər yəqin ki, yaxınlıqdakı kəndlərin birində toy edirlər. Əslində bu da təəccüb doğrururdu. Axı onlar niyə göyə atəş açırlar. İnsanlar başa düşmürlər ki, bu gülləni yuxarı atsan o yenə gəlib sənə dəyəcək. Olmazmı ki, onu düşmənə istiqamətləndirib atasan. Boş yerə atılan güllə çox heyfdi. Çünki düşmən bu güllələri həsrətlə gözləyir. Atacağımız güllə ancaq düşmənə yönəlməliydi”.

Bir də heç bir orden almayan qazimiz vardı – Dadaş Quliyev. Veteran bundan gileylənmir. Onun təkcə dərdi döyüşçülərə lazımı diqqət və qayğının az olmasıdır. Yaxşı, bunları qoyaq bir kənara, keçək əsas mövzuya. Dadaş Quliyev də sosial mühitdə kifayət qədər dost-tanışı olan qazilərimizdəndir. Ondan aldığım “9-cu gün” adlı müshibə kifayət qədər oxucu kütləsi toplamışdı. Təbii ki, müsahibə başından axırına kimi günləri saymırdı. Mən əminəm ki, oxucu ilk olaraq həmin 9-cu günü axtarıb. Elə isə çətinlik çəkməməyiniz üçün bu icmalda hörmətli veteranımızın məhz məhşur “9-cu gün”ünü sizə təqdim edirəm:

“Mənim döyüş dairəm Ağdam və Tərtər rayonlarını əhatə edirdi. Burada da çavuş olmuşam. Ağdamın Qarapirim kəndində döyüşərkən hava dumanlı olduğu üçün 37 nəfər əsgərimlə səhvən düşmənin arxasına keçib Paprəvənd dağına kimi getmişdik. O zaman həmin kənd ermənilərin əlində idi. Buna baxmayaraq mübarizə aparıb düşmənə zərbələr endirməyi bacarmışdıq. Pülemyotlarla düşməni darmadağın etdik. 37 əsgərin hər birinə qumbaratan daşıtdırırdım. Sevindirici hal idi ki, atışmada itki vermədik, yalnız iki nəfər əsgərimiz yaralandı. Onlardan biri tağım komaniri kimi mənim müavinim Kərimov Vidadi idi. Hətta ermənilərin arxasına keçəndən sonra onları oradan çıxara bilmişdik. Düşməni ərazilərimizdən qovanda 5 ədəd “Qranat” və çoxlu silahlar əldə etdik. Ağır silahları özümüzdə saxlamışdıq, kiçik çaplı silahları isə batalyona gönədərirdik. Çünki ağır silahları hərəkət edərkən daşımaq çətin olurdu. Biz isə onları yanımızda saxlayırdıq ki, istifadəsi rahat olsun.Bizim döyüş mövqeyimiz Ağdamın Qarapirim kəndində Kanalın kənarındadydı. Yaxınlığımızda 15-20 nəfərdən ibarət heyəti olan “Paprəvənd” batalyonu vardı. Onlar bir neçə dəfə itki veriblər. Amma çox mübariz əsgərləri vardı. Ən ağır döyüşümüz 8 günlük atışma olub. Bu ərəfədə kanalın yaxınında su anbarı vardı. Həmin anbarın arxasında erməni tankları dayanmışdı və həmin mövqedən atırdılar. Buna görə bir neçə şəhid vermişik. Şəhid olanlardan biri tərtərli polis mayorunun oğlu idi. Ancaq onu deyim ki, itkilərimizdən çox düşmənə itki vermişik. Ən uğurlu əməliyyatımız 9-cü gün, təsadüf nəticəsində baş tutdu. Təsəvvür edin ki, 8 gündür yorğun və yarıyuxulu bir vəziyyətdə dayanmadan müşahidə edirdik. Davamlı olaraq mövqelərimiz dəyişirdi. 8-ci günün sonunda əsgərlərimizi geri çəkməyə hazırlaşırdıq. Lakin gecə ikən dümənin səhvi bizə böyük bir sevinc yaşatdı. Üzr istəyirəm, ayaqyoluna gedəndə, kolluqların arxasında gözümə qırmızı işıq dəydi. Fasilə vermədən həmin istiqaməti diqqətimdə saxlayırdım. Bir neçə saniyədən sonra yenə qırmızı işıq parlamağa başladı. Aydın olmağa başladı ki, bu siqaretin işığıdır. Düşmən kəşfiyyatçısı bilmirdi ki, bu bağışlanmaz səhv onların həyatı bahasına başa gələcək. Artıq əmin idim ki, qarşı tərəfdə düşmən əsgəri siqareti gizlincə çəkib buşlatının arasında gizlədir. Dərhal əsgərlərimin dayandığı mövqelərə xəbər verdim. Əlimzdəki iriçaplı silahlar və pulemyotlarla həmin istiqaməti atəşə tutmağa başladıq. Zil qaranlıq şəraitində heç bir şey görünmürdü. Bu atışmadan sonra səhərə kimi sakitlik hökm sürdü. Səhərə yaxın mövqelərə baş çəkərkən havadakı ifunət iyi bizi narahat edirdi. Gecə hədəf aldığımız mövqeyə baş çəkənd isə gördük ki, 23-24 nəfər düşmən əsgərini məhv olub. Onarın silahlarını götürdük. Üzərindən narkotik vəasitələr də aşkarlamışdıq. Bu əvasitələrdən əsasən yaralanan əsgərləri sakitləşdirmək üçün istifadə olunur. Əslində onların həmin möqeyə necə gəldiklərinin üstünü aça bilməmişdik. Çünki əsas gizlənmə vasitəsi olan taxıl zəmiləri hamısı biçilmişdi. Daha sonra məlum oldu ki, düşmən kəşfiyyatçıları həmin mövqeyə suvarma kanalın içindən keçərək gəliblər. Kanalın üstünü tikanlı otlar örtdüyü üçün düşmənin həmin hissədən gəlməsini görmək mümkün deyildi. Həm də hava qaranlıq idi. Posta basqınlar heç vaxt gündüz həyata keçirilmir, ən əlverişli vaxt aysız gecədə gəlməkdir. Biz hücum edəndə onlar heç bir cavab verə bilmədi, çünki gözlənilməz hücum idi. Ümumiyyətlə ölü görmək və öldürmək bizim üçün adiləşib. Quduzlaşmış əsgərə dönmüşdük”.

Rubrikamız uğurlu döyüşçülərin simasında oz uğurlu cığırı ilə davam edir. “Milli Qəhrəman” Vahid Quliyev. Məncə belə bir insanı tanıtmaq daha quruvericidir. Bəziləri bu adın tanış gəldiyini söylədilər. Ehtiyyatda olan polkovnik-leytenant vaxtı ilə milli məclis seçkilərində də namizəd kimi iştirak edib. Siyasi mühitin fəallarından olan Milli Qəhrəmanın müsahibəsində ən önəmli və oxucu kütləsinin də marağını çəlb edən kiçik bir anının şahidi olduq. O, bu mötəbər adı aldığını necə və hansı şəratidə öyrənib sizə həmin hissəni təqdim edirəm:

“Özüm haqqımda danışmağı çox da xoşlamıram. Sadəcə bu adın mənə verilməsini onunla əsaslandıra bilərəm ki, Bakıdan müharibənin gedişatını izləyənlər məlumatlar əsasında buradakı gedişatı qiymətləndiridilər. Təbii ki, ilk sınaq atəşini mənim həyata keçirməyim və bunun uğurula başa çatması, bir neçə düşmən tankı vurmağım haqqında məlumatlar rabitə qovşağı vasitəsilə Bakıya gedib çatırdı. Görünür diqqətdə olmuşam. 1994-cü ilin Oktyabr ayının 9-da axşam saatlarında fasilə vaxtı idi. Bizim radiomuz vardı. Onunla kənarda baş verən hadisələrdən xəbər tuturduq. Lakin həmin gün Dövlət Radio Kanalında prezidentin bir neçə döyüşçüyə Milli Qəhrəman adı verildiyi açıqlandı. Təbii ki, daha sonra siyahıdakı şəxslərin adlarını səsləndirməyə başladılar. Mənim adım çıxanda əvvəlcə inanmamışdım, hətta soyadımın da səslənməsi məndə əminlik yatatmırdı. Hər an düşünürdüm ki, başqa bir insan ola bilər. Sabahsı gün mənə xəbrə göndərdilər ki, Bakıya qayıdırsan…”

Müsahibə zamanı əsasən tənqidi fikirlərə yer verən Milli Qəhrəmanımız bu çərçivədə ayrıseçkiliyə yol vermirdi. İlk olaraq döyüşçü həmkarı Arif Məhərrəmova “sataşan” polkovnik-leytenant onun Milli Qəhrəman adından imtina etməsinin heç bir məntiqə sığışdıra bilmirdi. Deyir ölkə başçısının imzaladığı sərəncamı rədd etmək hansı normalarda qeyd olunub?.. Arif Məhrrəmovla bağlı açığı şübhələrim yaranmadı desəm yalançı olaram. Ancaq hər bir döyüşçüyə müsbət münasibətim qalmaqdadır.

Ali təhsilli zabiti müsahibədə diqqətlərdə saxlayan bir də onun müharibədəki uğurları olmuşdu. 14 düşmən tankını məhv edən və ələ keçirən ehtiyat zabiti müharibə dönəmində hərtərəfli əziyyətlər gördüyünü söyləyib:

“Döyüşməkdən söhbət gedirsə, çətin və böyük səbr, o cümlədən psixoloji güc tələb edən bir vəzifədir. Vətən yolunda zabit kimi döyüşmək qürur hissi vəd etdiyi qədər, Ağdamda keçirdiyim bir il ərzində həm sevinc, həm də kadərli anlara şahid olmuşam. Düşmən ekipajını məhv etmək nə qədər sevindirici hal olsa da bundan qat-qat kədərli anlar yaşamışıq. Torpaqlarımızın işğalına canlı şahid olmaq qədər ağır situasiyanın şahidinə çevrilmək buna sübutdur. Bir dəfəsində hətta atdığım mərmi düşmən tankınının əsgərlərini məhv etsə də texnikaya elə böyük zərər vurmadı. Təbi ki, meyitləri kənara atıb tankı ələ keçirdik. Bu da böyük bir uğur idi. Həmçinin bri neçə ağır texnikaları ələ keçirmişik. 1993-cü ilin avqust ayında Bakıdan hərbçilər göndərdilər ki, bizi əvəz etsinlər. Əslində bunu çoxdan etməli idilər, görünür yaddan çıxmışdıq. Bir il ərzində məninlə eyni səngərdə vuruşan bir çox zabit belə demək mümkündürsə bu cəhənnəmdən yaxasına qurtarıb. Bəziləri müxtəlif bəhanələrlə Bakıya qayıda biliblər. Ümumiyyətlə bir şeyi qeyd edim ki, mənə rütbəni də gec veriblər. O vaxtı Qubadlıda döyüşərkən artıq Kapitan idim. Rütbə zabitin səriştə və təcrübəsini əks etdirir, gec verilən rütbə isə onun daha artıq dünya görüşü və daha çox təcrübəyə sahib oldğunun göstəricisidir. Bakıda məni əvəz edən yeni kadrların qorxusu mənim diqqtimdən yayınmırdı. Təbii ki, Bakıdan ön cəbhəyə təyinat alanlar bu ana kimi canlı atışma, silah səsləri, başının üstündən qığılcım saçan trasilləri müşahidə etməyiblər. Belə olan halda onları tək qoya bilməzdim. Bakıya döndükdən sora yenidən cəbhəyə qayıtdım. Bir müddət əvəzləyicilərimin üstündə dayandım. Onlar müharibə şəraitənə vərdiş edənədək.. Çünki bir vaxtlar. mənim özüm üçün də çətin olub”.

Növbəti qonağım sosial aktivlərdən olması ilə bərabər həm də jurnalistlərin dostu hesab olunur. Təsirli və yaddaqalan əhvalatları ilə digər müsahiblərdən fərqlənirdi. Onunla söhbətimizə başlayanda ilk cümləsi isə bu olmuşdu: “Müharibədə vətənpərvərlik ilk döyüşə qədər olur”.

Yaxşı bəs sonrası necə olur onu da elə Əhməd Rəhmanovun özündən öyrənsəniz yaxşı olar:

“Hələ uşaqlıqdan müharibə filmlərinə baxanda və sonradan televiziyada Xocalı və Şuşanın işğalını, mülki insanların qırıldığını görəndə müharibəyə can atırdım, düzü heç o vaxtı nə Şuşanın, nə də Xocalının harada olması məni bir o qədər də maraqlandırmırdı. Məni əsas maraqlandıran, müharibə romantikası, özümü qəhraman kimi görmək idi. İndiki gənclər ogru həyatıyla maraqlanıb “Vorzakon”ları özlərinə “kumir” seçdikləri kimi, mənim də kumirim milli qəhrəmanlar olub. Müharibənin əsl dəhşətlərindən isə hələ xəbərim yox idi. Axı mən hardan bilərdim ki, “Ət-yağ kombinatı”nın fermalardakı yeyintilərini ört-basdır eləmək üçün duşməni içəriyə, bir neçə saatlıq öz torpağına buraxan məmurlarımız ola bilər, axı mən hardan bilərdim ki, öz əsgərimizi quru çörəklə yedirdib, atdığı hər bir gülləyə görə güllənin pulunu istəyən komandirlərimiz ola bilər. Düzdür, müharibənin ilk ilindən 93-cü ilin yarısına kimi Allah məni bu bəlaların yarısından qurtardı. Amma yarısından…

Batalyona gəldim. Yaşımın az və səriştəm olmadığından məni ilk öncə batalyonda olan 2-ci rotaya təyin etdilər, həmin rotanın tərkibi Sovet ordusunda qulluq eləyib və qulluğunu tam başa vurmayıb Azərbaycana gələn əsgərlərdən ibarət idi. Batalyon həyatı barədə danışmayacam. İndiki kimi “dedovşina” və rayonlaşma bir o qədər gözə dəyməsə də, amma var idi. Bir də ki, bizim rota hələ “molodoy” olduğundan əsasən ancaq hazırlıqla məşğul idi. Mənim aləmimdə bu hazırlıq bir həftə çəkdi”.

Rüfət Soltan

Ardı var…

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir