www.qartal.org

qartal1

 

Xoş gəlmisiniz

Salam əziz dostlar. Sizlərə Azərbaycan internet məkanında ilk olan, yeni bir vveb saytı təqdim edirəm.

www.qartal.org saytının əsas fəaliyyət sahələri aşağıdakılardır:

  1. İstedadlı əlillərin cəmiyətə tanıdılması və bacarıqlarının nümayiş olunması,
  2. Əlilliyi olan şəxslərə psixoloji dəstək və motivasiyanin aşılanması,
  3. Əlilliyi olan şəxslərin cəmiyyətə düzgün şəkildə təqdim edilməsi,
  4. Əlilliyi olan şəxslərə tibbi məsləhətlərin verilməsi,
  5. Əlil problemləri üzrə ixtisaslaşmış Qeyri Hökümət Təşkilatları haqda informasiya təqdim etmək,
  6. Əlilliyi olan şəxslərin istifadə etdikləri bütün növ avadanlıqlar haqda geniş məlumat vermək.

7.Əlilliyi olan şəxslərlə bağlı görülən işlər, keçirilən tədbirlərlə bağlı ictimaiyətin məlumatlandırılması,

8.Qarabağ Qazilərinin tanıtımı,

9.Əlilliyi olan insanların məşğul ola biləcəkləri idman növlərini təbliğ etmək,

10.Əlillərin əl işlərinin satışına dəstək olmaqla onlarıın maddi vəziyətlərinin qismən də olsa yaxşılaşmasına kömək etmək.

“Fiziki vəziyyətin necə olursa-olsun. Özünlə fəxr et” Şuarı ilə yola çıxan saytdakı məlumatlar hər gün mütəmadi olaraq yenilənir və, yaxın günlərdə hər bir əngəlli insanın faydalana biləcəyi üst səviyyəyə çatdırılacaqdır. Əlilliyi olan və, olmayan hər bir kəsi, saytın imkanlarından istifadə etməyə dəvət edirəm.

Saytla bağlı istək və arzularınızı, irad və şikayətlərinizi, fikir və təkliflərinizi qartalorg@mail.ru email adresinə yaza bilərsiniz.

Samir  İmanov.

qartal1

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir