əşrəf armağan

eshref armagan

Rəssam

Eşref Armağan (1953, İstanbul) Anadangəlmə olaraq görmə əngəlli olan Türkiyəli rəssam. Barmaqlarının ucuyla həyatı boyunca görmədiyi nəsnələrin maket modellərinə toxunaraq, çox böyük ustalıqla onların rəsmini çəkməyi bacarır. “The Colors of Darkness” və “Real Super Humans” adlı sənədli filmlərdə 0ndan geniş şəkildə bəhsedilmişdir. Heç vaxt görmədiyi əşyalara toxunaraq, onların rəsmini çəkmək bacarığı səbəbiylə Harvard Universitetinin Nevralogiya şöbəsini professorları onun beyin funksyalarını tədqiq etmiş və bunun nəticəsində də Əşrəf  Armağanın hər hansısa bir əşyaya toxunduğunda beyindəki “görülən cisimlərin emal edilməsi” ilə bağlı hissəsinin aktivləşdiyini aşkar etmişdilər. Haqqında İngiltərədə nəşr olunan məhşur elm jurnalı “Nevv Scientist”də məqalə dərc edilən Armağan, özü kimi görmə əngəlli olan həyat yoldaşı ilə birgə Ankarada yaşayır. 1994-cü ildə otuz il əvvəl Türkiyədə ailə həyatı qurmuş Joan Eröncel adlı Amerikalı bir xanımla tanış olur. Joan, onun əsərlərinin möhtəşəmliyi qarşısında heyrətə düşür və ona kömək etməyə qərar verir. Amerika və Avropada sərgilər təşkil edən Armağan, 41 ildir ki rəssamlıqla məşğul olur. Bir çox ölkələrdə böyük şöhrət qazanan rəssam, Amerikanın eks prezidendi Klintonun da portretini çəkib.

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir