“ixtioz” xəstəliyi

ixtioz xesteliyi

İlkin tanışlıq

İxtioz – (yun. Ichthys – balıq), balıq pulcuğu, kseroderma- kəskin qərniləşmə ilə xarakterizə olunan dəri xəstəliyi. İxtioz xəstəliyi irsi dəri xəstəliyi olub, yeni doğulmuş uşaqların dərisində almaz şəklində sərtləşməyə yol açır. Uşaq yaşlarında (çox vaxt 3 yaşında) başlayır, yetkinlik dövründə güclənir və insanın ömrü boyu davam edir. Əlamətləri bunlardır: piy və tər ifrazatı kəskin azalır, dəri quru, üzəri balıq pulcuğunu xatırladan (adı da buradandır) qərni lövhə ilə örtülü olur. İxtioz qoltuqaltı, qasıq və oynaq büküşlərindən başqa bütün dərini örtür. Üzdə və başın tüklü hissəsində qabıqvermə başlayır. Yayda tər və piy ifrazatının artması xəstəliyi yüngülləşdirir. Müalicəsi olmayan xəstəliyə sahib olan uşaqlar sərt və elastikliyi olmayan dəriyə malik olurlar, eyni zamanda sərt dəri yarıqlar vasitəsiylə bir-birlərindən aralanır, dərinin yumuşaq toxuması görünür, yara hissələrindən daima su axır. Belə uşaqlar su itkisini, orqanizmanın istiliyini təmin edə bilmirlər. İxtioz xəstəliyi ilə doğulan uşaqların çoxu doğumdan bir neçə saat sonra həyatlarını itirirlər, az qismi həyatda qalmaqlarına baxmayaraq eybəcər üz quruluşuna malik olurlar.

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir