tomas alva edison

edison

Dünya şöhrətli ixtiraçı

Tomas Alva Edison (11 Fevral 1847 Ohayo, ABŞ – 18  Oktyabr 1931, Vesti Orang, Nyu Cersi, ABŞ) — dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar.

Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqrafı kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində “alo” deyilməyə başlanmışdır.

Tomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdu. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması “kütbeyin” adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: “Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım”.

Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır.

Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur.

Heç bir insan həyatında Edison qədər patent almamışdır.

85 yaşında axır saatlarında o öz həyat yoldaşına demişdi: “Əgər ölümdən sonra nəsə varsa, bu yaxşıdır. Yox yoxdursa, bu da yaxşıdır. Mən yaşadığım həyatda mümkün qədər yaxşı işlər görməyə çalışdım…”

Edison zəhmətkeşliyi və məqsədyönlülüyü ilə fərqlənirdi. Elektrik lampası üçün daxili xətti material axtararkən o, 6 min materialı sınaqdan keçirmişdir. Lampanın kömür zəncirinin xarakteristikasını tərtib edərkən o 45 saat laboratoriyada fasiləsiz işləmişdi. Ömrünün axır günlərinə qədər o gündə 15-16 saat işləyirdi.

Nikola Tesla  məşhur Amerika ixtiraçısı onun haqqında deyirdi:

Əgər Edison ot tayasında iynə itirsəydi mütləq iynəni tapana qədər samanları tək-tək götürüb kənara qoyacaqdı.

 

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir