Epilepsiya

formy-epilepsy-1

İlkin tanışlıq

Epilepsiya – beyində patoloji oyanıq sahə yaranır ki, bu da müəyyən vaxtda (yəni tutmalar zamanı) sinir impulsları yaradır. Nəticəsi kimi epileptik tutmalar müşahidə olunur.

Tibbi ensiklopediyanın məlumatına görə bu xəstəliyin baş verməsinin səbəbi sinir sisteminin pozulmasıdır. Amma heç də psixi xəstəlik deyil.İnsan çox əsəbləşəndə, tez-tez spirtli içkilər qəbul edəndə, hətta çoxlu dərman qəbul edəndə də epilepsiya ilə yoluxmaq təhlükəsi meydana çıxır. Məlumatlara görə epilepsiya anadangəlmə və sonradan qazanılmış ola bilər. Anadangəlmə xəstəlik zamanı beyin toxumasının müəyyən bir hissəsinin defekti epileptik tutmalara səbəb ola bilər. Digər tərəfdən xəstəliyin anadangəlmə olmasına səbəb kimi inkişaf qüsurunun olması baş verməsi və ya irsən keçmədir.

Gecə epileptik tutmaları deyilən bir hal var ki bu zaman tutmaların əmələ gəlməsi yuxu ritminin dəyişməsi ilə əlaqədar olur. Bu zaman yuxuda olan şəxs ayılaraq xaotik, əl-qol hərəkətləri edir. Adətən epileptik tutmalar baş verməmişdən qabaq xəstədə aura deyilən bir hal baş verir, sanki xəstə hiss edir ki onda tutma baş verəcək. Aura özünü narahatlıq, başgicəllənmə, görmənin zəifləməsi kimi biruzə verir. Qazanılma epilepsiyada isə kəllə beyin travmaları, beyin toxumasının şişləri, qansızma, alkoqol zəhərlənməsi və s təsirindən beyində oyanıq sahə yaranır.

  • Epileptiklər normal həyat sürə bilirlər
  • Epilepsiya ətrafdakılar üçün təhlükə törətmir, sadəcə onlar əsəbi olurlar
  • Epilepsiya bu gün müalicə olunur.

Epilepsiya ən qədim xəstəliklərdən biridir. Müasir həyat tərzi ilə əlaqədar olan bəzi xəstəliklər istisna olmaqla bütün xəstəliklər elə insanın yaranması ilə başlayıb,yəni qədim dövrdən mövcud olub.Epilepsiya xəstəliyi çox maraqlı və insan beyni ilə maraqlananlar qarşısında böyük imkanlar açan nevroloji bir patalogiyadır. Klinikası ilə əlaqədar olaraq xalq dilində ona müxtəlif adlar verilib:ürəkgetmə,qıcolma və s. Xəstəliyin etimoloji adında bu ənənə özünü göstərir. Epilesiya sözü yunanca “epilambano”sözündən götürülüb mənası “yıxılıram” “tuturam”deməkdir. Bundan başqa epilesiyanın xarakterik klinikası və gedişi qədim insanların şüurunda qəribə duyğular formasında əks olunub. Ona “ilahi xəstəlik”, “Herkules xəstəliyi”kimi adların verilməsi məhz onun o zaman üçün anlaşılmaz olan tutmaları ilə bağlı olub. Və nəhayət epilepsiyaya “dahi xəstəliyi” damğasının vurulması da elə- belə olmayıb.Tarixə müraciət etsək görərik ki, Napoleon Bonapart,Yuli Sezar,Dostoevski, Qeorq Fridrix Hendel,Alfred Nobel, Dante kimi böyük tarixi şəxsiyyətlər bu xəstəlikdən əziyyət çəkib. ABŞ-da 4 milyon,dünyada isə 100 milyondan çox insanın əziyyət çəkdiyi epilepsiya milyon illərdir tibb elmində ən çox yayılan xəstəliklər sırasında birinci yerdədir. Epilepsiya sindromuna səbəb oln amillər: -İltihabı xəstəliklər, -Miningit. -Ensefalit. -Zəhərli zob. -Qaraciyər xəstəlikləri. -Revmatizma. -Hədsiz insulin qəbulu, -Kalsium çatışmamazlığı. Epilepsiya baş-beyinin xroniki xəstəliklərinə aiddir.Bu zaman beyin daxilində qıcıolmalar baş verir.Əsas aparıcı əlaməti tez-tez xəstədə epileptik tutmaların olmasıdır.Epilepsiya 2 cür olur:irsi-genetik faktor,və sonradan qazanılmış.Sonradan qazanılmış epilepsiyaya doğuş və ya qəza vaxtı zədə almaq daxildir.Əgər ailədə və ya nəsildə kimdəsə epilepsiya varsa bu,mütləq övlada nəvəyə keçir.Bəzən doğuş vaxtı uşaqlar zədə alır.Həmin zədə nəticəsində beyində kista əmələ gəlir.Bu kista 20-25 il sakit qala bilr,Bəzənsə heş özünü göstərməz.Amma hamiləlik dövründə kista daha da böyüyəcək,beyində qıcolmalar başlayaca. Hazırda hər beş insandan üçü epilepsiyadan əziyyət çəkir,Epilepsiya tibb elminin qarşısını ala bilmədiyi bir bəladır.Bu xəstəlik müxtəlif formada olan tutmaları ilə tanınır.Tibb elmində epiletik tutmalar 2 yerə bölünür:kiçik və böyük tutmalar, Epilepsiyalı insanların xarakterik görünüşü və ya davranışı da olur,Onların gözlərinə baxsanız soyuq parlaqlıq,narahatlıq görə bilərsiniz,Epilepsiyanın bir neçə saniyə davam edən “absans”tipli formlarından tutmuş tutmaları dövri şəkildə təkrarlanaraq uzun müddət davam edən “epiletik statusa”qədər fornaları var,Epilepsiya beyində bioelektrik siqnalların “sərhədsiz”yayılması ilə bağlı olduğuna görə “normal” insanların da bu formalardan hər hansı birini yaşama ehtimalı hal-hazırda məni ən çox maraqlandıran məsələlərdəndir. EEQ-elekroensofaloqramma ən çox epilepsiya xəstəliklərinin diaqnozunda istifadə olunur,Bildiyimiz kimi.epilepsiya xəstəliyinin səbələrindən ən çoxu beyin travmaları ilə əlaqədardır.Travmanın növü (anadangəlmə və ya qazanılma) təyin olunur,Travmadan sonrakı çapıq dəqiqliyi görünür,Nevrapatoloqun müalicəsində onun böyük əhəmiyyəti var,Ən vacibi beyindəki həcmli roseslərin diaqnostikasıdır ki, bu diaqnozun erkən qoyulması xəstəliyin vaxtında aşkar olunub müalicə edilməsinə imkan yaradır,

Epilepsiya nədir? Epilepsiya qısa tutmalarla müşayiət olunan beyin fəaliyyətinin pozulmasıdır. Epileptik tutma, adətən, beş dəqiqədən az çəkir. Bu məqalənin əvvəlində təsvir olunan vəziyyət böyük epileptik tutma hallarına xasdır.

Epileptik tutmaya nə səbəb olur? Tədqiqatçıların fikrincə, tutma beyin hüceyrələri arasında elektrik fəallığın qeyri-normal sıçrayışı zamanı baş verir. Amma bunun nəyə görə baş verdiyi məlum deyil.

Kimdəsə böyük epileptik tutma baş verəndə nə etməliyəm?«Beyin və beyin pozuntuları ensiklopediyası»nda deyilir: «Ətrafda olanlar xəstənin vəziyyətinə müdaxilə etməməli və tutmanın keçib-getməsini gözləməlidirlər. Onlardan ancaq xəstə üçün heç bir fiziki təhlükənin olmadığına və onun nəfəs aldığına əmin olmaq tələb olunur». Həmin ensiklopediyada qeyd olunur ki, «epileptik tutma beş dəqiqədən çox davam edərsə, təkrarlanarsa və ya xəstə tutmadan bir neçə dəqiqə sonra özünə gəlməzsə, təcili yardım çağırmaq lazımdır».

Epileptik tutma zamanı insana necə kömək edə bilərəm? Xəstənin başının altına yumşaq bir şey qoyun və iti əşyaları başının yanından uzaqlaşdırın. Qıcolma keçəndə xəstəni, şəkildə göstərildiyi kimi, yanüstə çevirin.

Xəstə özünə gələndən sonra nə etməliyəm? İlk öncə, onu əmin edin ki, hər şey yaxşıdır. Sonra ayağa qalxmağa kömək edin və istirahət etməsi üçün sakit bir yerə aparın. Epileptik tutmadan sonra əksər xəstələr çaşqın və yuxulu vəziyyətdə olurlar. Bəziləri isə tez özlərinə gəlir və tutmadan əvvəl gördükləri işi davam etdirirlər.

Epileptik tutma həmişə qıcolma ilə müşayiət olunur? Xeyr. Bəzi xəstələrdə ani beyin durğunluğu olsa da, onlar yerə yıxılmırlar. Buna kiçik epileptik tutma və ya absan deyilir. Belə tutma qısa çəkir və başqa nəticələri olmur. Bəzi epileptiklərdə isə kiçik tutmalar bir neçə dəqiqədavam edir. Belə vəziyyətlərdə xəstə otaqda gəzinir, paltarını dartışdırır və bu kimi digər qəribə hərəkətlər edir. Epileptik tutmadan sonra onda başgicəllənmələri olur.

Epilepsiya ilə yaşamaq nə deməkdir? Aydındır ki, bir çox epileptiklər növbəti tutmanın nə zaman və harada baş verəcəyi qorxusu ilə yaşayırlar. Camaat içində pərt olmamaq üçün onlar ictimai yerlərdə olmaqdan çəkinə bilərlər.

Epilepsiya xəstəliyi olana necə dəstək ola bilərəm? Onu təşviq edin ki, hisslərini içində boğmasın, bölüşsün. Siz isə diqqətlə qulaq asın. Epileptik tutması zamanı ona necə kömək edə biləcəyinizi onun özündən soruşun. Belə xəstələrin çoxu avtomobil idarə etmir. Buna görə də ona harasa getmək və ya nə isə etmək lazımdırsa, köməyinizi təklif edə bilərsiniz.

Tutmaların sayını azaltmaq və ya onların qarşısını almaq mümkündür? Stress və kifayət qədər yatmamaq kimi bəzi amillər epileptik tutmaların baş vermə ehtimalını artırır. Buna görə də mütəxəsislər epileptiklərə stressi azaltmaq üçün kifayət qədər dincəlməyi və müntəzəm şəkildə idmanla məşğul olmağı məsləhət görürlər. Bəzi hallarda dərman qəbulu da tutmanın qarşısını almağa kömək edir.

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir