“Asperger” Sindromu

1385745621_Asperger2

İlkin tanışlıq

Asperger sindromu psixi pozğunluq olub, bəzən onu Autizmin bir forması da hesab edirlər.Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur. Onların emosional və sosial inkişafı ləngidiyindən onların inteqrasiyası da gecikmiş olur.

Hans Aspergem öz pasientlərini kiçik professorlar adlandırırdı

Autistik psixopatiya halı ilk dəfə ingilis psixiatrı Lorna Uinq (ing. Lorna Wing) tərəfindənAvstriya psixiatır və pediatrı Hans Aspergerin (alm. Hans Asperger) şərəfinə Asperger sindromu adlandırılmışdır.

Autizmli əksər insanlarda, xüsusən uşaqlarda inkişafdan qalmanı asanlıqla müşahidə etmək mümkündür. Lakin onlar autistlərə bənzəsələr də əqli cəhətdən heç də geri qalmırlar. Bəzən onlar sosial kommunukasiya defisitinə malik olsalar da mürəkkəb bir elmi sahə üzrə daha dərrakəli olurlar. Məhz inkişafın bu tip geriləməsinin təhlilini ilk dəfə Hans Asperger vermişdir.

Asperger sindromu autizm qrupunun bir növüdür.Bu sindrom hər şeyə təsir göstərən inkişaf pozuntusu hesab olunur.
Asperger sindromu olan insanlarda nə kimi problemler müşahidə olunur.
Asperger sindromu naməlum bir sindrom olduğu üçün bəziləri tərəfindən yanlış anlaşılır.Təyin olunması da çətindir,üçlü bir pozuntu olaraq adlandırılır.Aşağıdakı pozğunluqlar müşahidə olunur.
1.İctimai münasibətlərdə çətinliklər
2.Ünsiyyətdə çətinliklər
3.Təxəyyüldə çətinliklər
İctimai münasibətlərdə çətinliklər-Təşkilatçılıq qabiliyyətləri çox zəifdir.Nəsə bir plan ağıllarına gələndə onu necə təşkil edəcəklərini bilməzlər.Dostlar tapmaqda çətinlik çəkirlər.İnsanlarla münasibət yarada bilmirlər.Bəzən hər şeyi səhv anlayırlar.Sanki görünməz bir divarın arxasındadırlar.Bir söhbəti sona qədər davam etdirməkdə çətinlik çəkirlər
Ünsiyyətdə çətinliklər-Başqalarının dediyi sözləri anlaya bilmirlər.Göz təması qurmaqda çətinlik çəkirlər və hətta göz təması qurmaq onlara ağrı verir.Asperger sindromu olan şəxslərin digərlərini anlamasında problemlər yaşanır.Səbrsiz olurlar.
Təxəyyüldə çətinliklər-Digərlərinin nə hiss etdiyini anlamaqda çətinlik çəkirlər.Duyğuların,mimikaların nə ifadə etdiyini başa düşməzlər.Hekayələrin,nağılların mənasını anlamaqda problemləri var.
Asperger sindromunun səbəbləri olaraq ekoloji faktorlar,beyin zədələnməsi,çətin doguş göstərilir.Lakin insanların genetik quruluşunun asperger sindromunda böyük rolu olduğu müəyyən edilmişdir.Asperger sindromu uşaqlarda 3-4 yaş arası müşahidə edilir,daha çox oğlanlarda bu sindroma rast gəlinir.Bu uşaqlarda təhsil çox önəmlidir həmçinin onların davranışlarında yaranan problemlər üçün dəstəyə ehtiyacları vardır.Asperger sindromunda təkrar olunan davranışlar edilir,onlar özlərinə qapanırlar.Suallara uyğun cavab verməkdə çətinlik çəkirlər.Bu sindromlu usaqlara psixoterapiya,özəl təhsil,davranışı dəyişdirmək üçün müalicə lazımdır.

 

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir