Autizm

7YWJc7rmjQ8

İlkin tanışlıq

İlk dəfə olaraq 1911-ci ildə İsveçrə psixiatrı Eyqen Bleyler(1857-1939) tərəfindən “Autizm” termini elmi ədəbiyyata gətirilib.”Autizm” termini “autos”(özüm) yunan sözündən əmələ gəlib.Daha sonra Amerika psixiatrı Leo Kanner 1943 –cü ildə erkən uşaq autizminin təsvirini verib.Asperger sindiromu və Rett sindromu adıyla təsnif olunan autizm formaları da mövcuddur.

AUTiZM NƏDİR?

* Autizm sosial və ünsiyyət qabiliyyətlərinin yaranmasına təsir edən ümumi inkişaf problemidir.

* Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyəbaşlayır.

* Autizmli uşaqlar əsasən öyrənmək və dərk etməkdə çətinlik çəkirlər.

* Autizmli uşaqların böyük əksəriyyətində müxtəlif səviyyəli əqli çatışmazlıq özünü büruzə versə də, əqli səviyyəlri normal olan autizmli uşaqlar da var.

* Ancaq ümumi əqli vəziyyətlərinin hansı səviyyədə olmasından asılı olmayaraq autizmli uşaqlar onları əhatə edən dünyanı dərk etməkdəçətinlik çəkirlər.

* Bir qadının müxtəlif problemləri olan uşaq dünyaya gətirməsi ehtimalı 2%-dirsə, autizmli uşaq dünyaya gətirməsi ehtimalı 0,5%-dir .

* Autizmli uşağı olan ailənin növbəti doğulacaq uşağında da autizm ehtimalı 3%-dir.

* Autizm oğlan uşaqlarında qız uşaqlarına nisbətən 4 dəfə artıq müşahidə olunur.

* Autizmin əlamətləri və inkişaf dərəcəsi müxtəlif ola bilər. Məhz ona görə də autizmin dərəcələrini təsnif etmək çətindir.

 

 

Autizmli uşaq

-Başqalarına qarıı laqeyddir.

-Göz-gözə baxmaqdan çəkinir

-Başqaları ilə münasibət qurmağa həvəssiz olur

-İstəklərini özündən böyüklərin əllərindn istifadə edərək işarələrlə bildirir

-Uşaqlarla oynamır

-Daha çox müəyyən bir mövzuda danışır

-Tez-tez təkrara yol verir

-Səbəb olmadan ağlayır,gülür və səbəbi izah olunmayan hərəkətlər edir

-Mənasız sözləri tez -tez təkrarlayır

_Müəyyən hərəkətləri dəfələrlə təkrarlamağı xoşlayır

-Yaradıcılıq tələb edən oyunlar oynamır

-Bəziləri isə yaradıcılıq tələb etməyən işləri olduqca cəld və yaxtında  yerinəyetirirlər

Autizm – insanın ünsiyyət bacarıqlarında pozğunluqla özünü göstərən haldır. Sosial münasibətlərdə, ünsiyyətdə, təsəvvüredici oyunlarda olan çətinliklər, stereotip davranış, maraqlar və fəaliyyətlərdir. Autizmli insanlar gündəlik situasiyaları anlamaqda çətinlik çəkirlər.

«Аutizm» termini müxtəlif dərəcədə nəzərə çarpan, geniş spektirli vəziyyətləri özündə birləşdirsədə, bütün vəziyyətlərdə aşağıdakı əlamətlər ilə xarakterizə olunur :

 

1.Sosial münasibətlərdə pozğunluq

2.Nitq və ünsiyyətdə pozğunluq

3.Тəsəvvür etmədə pozğunluq

 

Sosial bacarıqlar

       Münasibətlərin formalaşmasında və saxlanmasında çətinlik

       Ətrafdakılara yad və laqeyd münasibət

       İnsanlara cansız əşyalara olduğu kimi münasibət

       Sosial davranışların “incəliyini” başa düşməmək (anlamamaq)

       Başqa insanların dа istəyinin, məqsədinin və nəzər nöqtəsinin olduğunu başa düşməmək

Nitq və ünsiyyət

       Sözlərin mənasını anlamaqda çətinlik

       Ancaq öz ehtiyaclarının ödənilməsi ilə мəhdudlaşan  ünsiyyət

       Başqa insanların jestlərini, səs intonasiyalarını, bədən dilini və mimikasını təqlid etməkdə çətinlik

       Nitqdən qeyri adi istifadə (özü haqqında üçüncü şəxsdə danışmaq)

       Nitqi hərfi мənаdа anlamaq

 

Təsəvvür

       Bir fikirdən digərinə keçməkdə çətinlik

       Rutinaya ciddi əməl etmə (dəyişikliklərə müqavimət)

       Rollu təsəvvüredici  oyunlarda iştirak еtməkdə çətinlik

       Digər insanların fikirlərini anlamaqda çətinlik

 

Autizmin xüsusiyyətləri:

  • Başqalarına qarşı maraqsızdır
    • Göz təmasından qaçır
    • Başqaları ilə ünsiyyət qurmur
    • İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir
    • Digər uşaqlarla oynamır
    • Uzun müddət ərzində eyni mövzu üzərində danışır
    • Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir
    • Mənasız sözləri ardıcıl təkrarlayır
    • Predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir
    • Yaradıcılıq tələb edən oyunları oynaya bilmir
    • Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir
    • Davamlı olaraq eyni oyunları oynayır
    • Ağrıya qarşı laqeyddir
    • Səslərə qarşı həddindən artıq həssaslıq və ya həddindən artıq laqeyddir
    • Exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək)
    • Tək qalmağı seçir
    • Təmasdan və qucağa alınmaqdan xoşu gəlmir
    • Predmetlərə bağlanır
    • Ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir. Danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır

Autizmli  uşaqlar ilə işləyən zaman Piks istifadə olunur. Piks – qara fonun üzərində çəkilmiş ağ şəkillər və surətlərdir. Piks-in yaradıcısı – kanadalı mütəxəssis Cubxas Maxaracdır. О, Piks üsulunu nitqi daha yaxşı dərk etmək və qavramaq üçün hazırlamışdır.

Sözlərlə və jestlərlə birlikdə işlənilən Piks-lər nitqi başa düşmək üçün köməkçi vasitələrdir. Eyni zamanda Piks ünsiyyət qurmaqda çətinlik çəkən insanlara öz fikirlərinin ifadə etməyə kömək edir. Sözlərdən və işarələrdən fərqli olaraq Piks yox olmur, göz qabağında olur və şəkilləri  tanımaq üçün və ya şəkillər kombinasiyasının mənasını başa düşmək üçün lazım gəldiyi gədər vaxt olur (bəzi öyrənmə çətinlikləri olan insanlar üçün buna  20 saniyəyə qədər vaxt tələb olunur).

 

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir