Vətəndaşlardan şikayət

408849_529528 (1)

İmişli rayon sakini Sahib Novruzov Faktxeber.com-a müraciət edərək “Azəriqaz” İstehsalat Birliyinin quraşdırdığı sayğacdan şikayət edib. 

Abunəçi bildirir ki, sayğac heç bir texniki şərtlərə uyğun quraşdırılmayıb: “Azəriqaz”ın tələblərində göstərilib ki, qaz sayğacı havadan asılı vəziyyətə qala bilməz. Hələ bu azmış kimi bir neçə abonentin mənzilinə qaz paylayan “ana boru” adlanan xətt də bizim həyətimizdə yerləşir. Bu, təhlükəsiz baxımından yolverilməzdir, üstəlik “Azəriqaz”ın əməkdaşları istədikləri vaxt qonşuların sayğacına baxmaq üçün mənim şəxsi mülkiyyətimə daxil olub bizi narahat edirlər”.

Abonent Sahib Novruzov sayğacın yazdığı qaz borcundan da şikayətçidir. Bildiri ki, sayğacın bir ayda 300 AZN borc yazmasınını təəccüb doğurur.

Maraqlıdır ki, İmişli və Şirvan Apellyasiya məhkəmələri 2018-ci ildə abonentin şikayətini əsaslı sayaraq cərimənin əsassız olduğu haqda müvafiq qərar çıxarıb. Lakin vətəndaş xatırladır ki, borcun silinməsi istiqamətində hər-hansı tədbir görülməyib.

Məsələni aydınlaşdırmaqdan ötrü Azəriqaz İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayevə müraciət etdik.

Qurumun nümayəndəsi açıqlamasında bildirdi ki, vətəndaşlar belə problemlə üz-üzə qalanda ilk öncə mətbuata yox, Azəriqaz İstehsalat Birliyinin İdarətmə Aparatına müraciət etməlidirlər: “Orada hüquq departamənti tərəfindən şikayət araşdırılacaq və vətəndaşa yazılı cavab veriləcək. Sözügedən qurum Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 35 ünvanında yerləşir”.

2095

 

Faktxeber.com

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir