Cavid Həsənlidən faydalı layihə

Без названия

Bu gün – yanvarın 22-si Azərbaycan Respublikası Gənclər Fondunun XI qrant müsabiqəsi çərçivəsində “Bakı – Fiziki məhdudiyyətli gənclərin obyektivindən” adlı layihəyə start verilib. Layihənin ilk günü Dəniz Kənarı Milli Parkda baş tutub. Layihədə iştirak edən gənclərə təlimçi tərəfindən fotoqraflıq barədə məlumatlar verilib, fotoaparatla davranış, işləmə qaydaları göstərilib. Ardınca gənclər parkda öyrəndikləri biliklər əsasında Bakının müxtəlif mənzərələrini obyektivləri vasitəsiylə əbədiləşdiriblər. Fiziki məhdudiyyətli gənclər fotoqraflığın sirlərinə vaqif olaraq paytaxtın bir-birindən gözəl şəkillərini çəkməyə . Qeyd edək ki, layihənin son günü fiziki məhdudiyyətli gənclərin layihə müddətində çəkdiyi fotolardan seçilmiş şəkillərin sərgisi keçiriləcək.

Bu gün – yanvarın 23-ü Azərbaycan Respublikası Gənclər Fondunun XI qrant müsabiqəsi çərçivəsində “Bakı-Fiziki məhdudiyyətli gənclərin obyektivindən” adlı layihəmin ikinci günü baş tutub. Layihədə iştirak edən bir qrup fiziki məhdudiyyətli gənclər Dəniz Kənarı Milli Parkda foto sənəti barədə növbəti dəfə təlim keçib. Ardınca onlara verilən fotoaparatlarla paytaxtın gözəl mənzələrini çəkiblər. Beləcə layihənin əsas iki təlim günü arxada qalıb. Qeyd edək ki, fevralın 3-də “Bakı-Fiziki məhdudiyyətli gənclərin obyektivindən” layihəsi müddətində fiziki məhdudiyyətli gənclərin çəkdiyi şəkillərdən seçilərək sərgi təşkil ediləcək.

Fevralın 5-də Azərbaycan Respublikası Gənclər Fondunun XI qrant müsabiqəsi çərçivəsində “Bakı – Fiziki məhdudiyyətli gənclərin obyektivindən” adlı layihəmin sonuncu gününü həyata keçirdik. Son gün, ilk iki gündə keçirilən təlimlər əsasında layihədə iştirak edən fiziki məhdudiyyətli gənclərin çəkdiyi fotolardan ibarət sərgi təşkil olunub. Sərgidə seçilmiş 40 fotoya yer verilib. Sərginin sonunda iştirakçılara öz fotoları təqdim olunub. Bununla yanaşı bəzi şəkillər sərginin keçirildiyi 1 SİMG Peşə Reabilitasiya Mərkəzinə və Azərbaycan Respublikası Gənclər Fonduna hədiyyə edilmək üzərə ayrılıb. Xatırladaq ki, layihə çərçivəsində ilk iki gün (22 və 23 yanvar) 30-a yaxın fiziki məhdudiyyətli gənc Dəniz Kənarı Milli Parkda təlim keçərək, onlara paylanan fotoaparatlarla paytaxtın fotolarını çəkiblər.

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir