Rza Dadaşovdan maraqlı layihə

Без названия

Gənclər Fondunun maliyyə dəstəyi ilə ‘ Fiziki Məhdudiyyətli Gənclərin Mədəni İrslə Tanışlığı ilə bağli layihə həyata keçirildi . Bu layihə 2 mərhələdən ibarət idi . Birinci mərhələsində 1 fevral 2019 cu il tarixində fiziki məhdudiyyətli gənclər ‘ Qala ‘ Dövlət Tarixi Etnoqrafik Qoruğunda ekskursiya ediblər . Qeyd etmək istərdim ki,Qala” Dövlət tarix- etnoqrafiya qoruğu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 1988-ci ilidə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81.5 hektardir. Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur saxlanılır. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında çoxlu sayda məscid , hamam, yeraltı kəhrizlər, qəsrin qalıqları və s.vardir . ” Qala ‘ qoruğu , 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada müəyyən işlər həyata keçirilib və qoruq arxeoloji-etnoqrafik kompleksə çevrilib . Həmin gün fiziki məhdudiyyətli gənclərimiz burada olan 3 muzeylə də yaxından tanış oldular . Bu açıq səma altında muzey , antik əşyalar muzeyi və Qala qəsri idi . Həmin gün orda fəal iştiraklarına görə gənclərimizə sertifkatlarda verildi.

Gənclər Fondunun maliyye dəstəyi ilə ‘ Fiziki Məhdudiyyətli Gənclərin Mədəni İrslə Tanişligi ile bagli ‘ layihə həyata keçirildi . Bu layihə 2 mərhələdən ibarət idi . Layihənin 2ci mərhələsi ise 2 fevral 2019cu ilində həyata keçirildi . Bu gün isə fiziki məhdudiyyətli gənclərimiz Atəşgah məbədi ilə yaxindan taniş oldular . Kompleksin inşa tarixi 1713-cu ilə aiddir. Məbəd özü isə daha qədim zamanlardan mövcud olmuş və ilkin quruluşunu saxlayaraq dövrümüzə qədər çatmışdır. Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılmışdır və kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir . 1998-ci ildə Atəşgah UNESCO umumdünya irsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilmişdir. Bu mebed atesperestlerin ibadetgahlarından biri idi . Bura 24 hücrə və ‘ balaxana ‘ adlanan geniş otaqdan ibarətdir . Fiziki məhdudiyyətli gənclərimiz burada olan bütün hecrələrə baxdılar , eyni zamanda bu məbəd haqqında geniş melumatlar əldə etdilər . Bu tədbirdə də feal iştirak edən fiziki məhdudiyyətli gənclərimiz sertifkatla təmin olundu .

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir