Samux rayonunda əhəmiyyətli layihə

46516226_1786055491500154_839064570428391424_n

İcma əsaslı social reabilitasiya mərkəzi Samux rayonunda sağlamlıq imkanları məhdud uşaqlara xidmət göstərir. “İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən Samux rayonunda yaradılan “Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzinin” fəaliyəti haqqında Birliyin sədri Cavad Qasımov görülən işlər barədə sayıtımıza geniş məlumat verərək qeyd etmişdir ki, “İkinci ildir ki, İstedadlı Əlillər ictimai birliyi Əmək və Əhalinin Ssial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında Samux rayonunda saglamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzinin fəaliyyətini həyata keçirir. Mərkəz lazımı avadanlıqlarla təmin olunub. Mərkəzin işçi heyyəti gün ərzində 8 saat olmaqla mərkəzdə və evlərdə sosial xidmətə ehtiyacı olan ailələrə xidmət göstərir. Mərkəzə müraciət edən valideyinlərin əksəriyyəti dövlətin həyata keçirdiyi sosial proqramlardan və sosial xidmətdən məlumatsız olduğu səbəbindən sosial xidmətə çıxışları məhduddu. Bu məqsədlə valideyinlər arasında marifləndirmə işləri aparılır, onların sosial yardım almalarına, özünə məşğulluq proqramlarından yararlanmalarına və üzləşdikləri digər məsələlərin həllində layihənin işci qrupu və layihəyə cəlb olunmuş könüllü hüquqşünaslar tərəfindən lazımı dəstək göstərilir. Mərkəzdə 18 yaşadək sağlamlıq imkanları məhdud olan 50 uşağa və 150 valideyinə icma əsaslı reabilitasiya xidmətləri göstərilir. Mərkəzdə sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstərilir. Xidmət ümumi olaraq uşaqların ehtiyacı əsasında sosial iş, gündəlik həyat (funksional) vərdişləri (abilitasiya), sosial-psixoloji dəstək, sosiallaşma və ünsiyyət, koqnitiv bacarıqlar və təhsil, nitq problemləri, hərəkət problemləri (fiziki inkişaf). sahələri əhatə edir.

İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidməti

46504126_496588837515935_8872205636604002304_n

46515959_2388315821232436_1224577119770640384_n

46516226_1786055491500154_839064570428391424_n (1)

46744438_1377644949044904_946829212600238080_n

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir