“Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili”

42099796_548866605549226_6488544412761587712_n

Mübariz İbrahimov

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Maliyyə Dəstəyi ilə “Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin” “Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində dördüncü tədbiri 27 sentyabr 2018 -ci il saat 14:00 da ramana qəsəbəsində Saglamliq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya mərkəzində gerçəkləşəcək. Bu dəfəki tədbir Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimova həsr edilib. Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə gedir. Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Bölüyendə hərbi xidmət edən Mübariz cavuş rütbəsinə qədər yüksəlir. 2007-ci ildə hərbi xidməti başa vursa da yenidən 2008-ci ildə xidmətə qayıtmaq istəsə də valideynlərini razı sala bilmir. Nəhayət 2009-cu ildə arzusu getçəkləşir. Bir müddət Gizir rütbəsində çalışır. Düşmənlə sərhəd rayonlarda çalışmaq istəsə də bir neçə ay alınmır. Nəhayət 2010-cu ilin aprel ayında Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətə başlayır. Hər an düşmənə ən sarsıdıcı zərbə vurmaq arzusuyla yaşayan Mübariz İbrahimov ömrünün 22-ci baharında 2010-cu ilin iyunun 19-da gecə saat 23:30-da düşündüyü əməliyyatı həyata keçirir. 22 yaşlı Azərbaycanın cəsur, igid oğlu 1km-lik neytral məsafəni yəni minalanmış sahəni tək keçir və mənfur düşmənin ağla sığmaz sayda əsgər və zabitini birinci həmlədə məhv edir. Mübariz İbrahimov 5 saat düşmən ordusuna qarşı öz silahları ilə tək döyüşür. Düşmən ağır itkilərə məruz qalır. İgid, cəsur əsgər fərdi mübarizə apararaq 2010-cu ilin iyunun 19-da qəhrəmancasına həlak olur. Tədbirdə Mübariz İbrahimovun müəlliməsi Bəsirə xanım da iştirak edəcək. Mübariz İbrahimova həsr edilmiş şeirlər səsləndiriləcək, 46 saylı məktəbdən xaric təhsil müəssisəsinin şagirdləri Milli Qəhrəmanımıza həsr edilmiş tamaşa nümayiş etdirəcəklər. Sonda Mübariz İbrahimova həsr edilmiş film nümayiş ediləcək. Arabaçı Əlillər Şəbəkəsi İB –Sədri Qarabag Qazisi İlham Məhərrəmov Tel-050-313 06 59 e-mail: arabacitv@gmail.com:

42099796_548866605549226_6488544412761587712_n

42193669_2198535203553205_609112257623752704_n

42094442_2205783596332521_8961426718820663296_n

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir