Qadınlara həsr edilən layihə

40599025_1947730158646891_4675982318798635008_n

Əlil Qadınlar” cəmiyyətin bir həftə ərzində Qərb bölgəsində Gəncə, Samux, Ağstafa, Qazax rayonunda dörd günlük keçirdiyi silsilə təlimləri və dəyirmi masa görüşləri hər bölgədə olduğu kimi, Samux rayonunda da,çox uğurlu şəkildə baş tutub. Dəyirmi masa sonrası, Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev “Əlil Qadınlar “cəmiyyətinin prezidenti Məhluqə xanım Rəhimovanı, Gəncə şəhər bölməsinin sədri Elmira İsmayılovanı və Azərbaycan TİPİİ, Beynəlxalq layihələr şöbəsi, mütəxəssis, DAK Azərbaycan nümayəndəliyinin rəhbəri Fatima xanım Sofiyevanı qəbul edib. Layihə rəhbəri Rəhimova Məhluqə xanım əlilliyi olan qadınlara qarşı yönəlmiş ayri- seçkiliyə qarşı yaranan problemlərinin tətbiqi və onların həlli yollarından söhbət açıb. “Əlil Qadınlar” Cəmiyyətinin əlilliyi olan qadınlara və qızlara qarşı fiziki, psixoloji, cinsi və maliyyə zorakılığı daxil olmaqla, mövcud olan bir sıra şiddət növləri mövcudluğunu aşkarladıqlarını, eyni zamanda, əlilliyi olan şəxslərin, xüsusilə əlilliyi olan qadınların hüquqlarının təmin edilməsinin vacibliyini ictimaiyyət və rəsmi orqanlara yetərincə məlumat verilmə vacibliyindən danışıb. Qarşılıqlı müzakirələr əsasında qeyd olunub ki, Samux rayonunda 800-dən çox, əlilliyi olan qadınlar var. Həmin qadınların rahat yaşayışı üçün rayon ərazisində gərəkli şəraitin yaradılması, bu yöndə lazımı işlərin görülməyi məsələləri müzakirə olunub. Ümumiliktə isə bölgələrdə keçirilən layihə , ARB – Kəpəz televeziya vasitəsi ilə işıqlandırılmış və Əlilliyi olan qadınlara yönəlmiş ayrı-seçkilik mövzusunda xeyli sayda insan məlumatlandırılmışdır. “ƏQC” Mətbuat Depertamentinin rəhbəri: Mətanət Qüdsi

 40599025_1947730158646891_4675982318798635008_n
40633397_445956079248022_7082178033452318720_n
40683829_2330676606972321_1466299657305980928_n

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir