Peşə reabilitasiya mərkəzində təlim keçirilib.

28109282_891032924411934_607030156_n

Tədbir

31.01.2018-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən 1 Sayılı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində təlim keçirilib. Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olmuş “Fiziki məhdudiyyətli insanlarin cəmiyyətə inteqrasiyası” adlı layihə çərçivəsində baş tutub. “Kvant psixologiyası – düşüncələrin idarə olunması” mövzusunda keçirilən təlim, yalan üzrə ekspert, “60 saniyədə insan tanıma sənəti” adlı kitabın müəllifi, təlimçi Təbriz Hacınski tərəfindən keçirilib. Təlimdə ilk mərkəzin direktoru Rəhilə Həsrətova çıxış edərək iştirakçıları və qonaqları salamlayıb, hər kəsə uğurlar arzulayıb. Sonra isə layihə rəhbəri Mətanət Quliyeva layihə haqqında ətraflı danışaraq, göstərdiyi maliyyə dəstəyinə görə Gənclər Fonduna öz təşəkkürünü bildirib. Sonra təlimdə ekspert Təbriz Hacınskinin insan psixologiyası, düşüncələrin formalaşmasında hansı vacib addımların atılması barədə mühazirəsi dinlənilib.

28000786_891032997745260_403607287_n 28053169_891032934411933_2131768519_n 28053972_891033011078592_1921091565_n 28054196_891033004411926_1975905809_n 28109282_891032924411934_607030156_n 28109396_891032964411930_1900212746_n 28109623_891032971078596_1266330913_n 28116767_891033044411922_774918489_n (1) 28116767_891033044411922_774918489_n

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir