“Biz bacardıq”

28080527_891031064412120_1390655234_o

Sosial layihə

Şəmkirdə “Biz bacardıq” adlı sərgi ilə tanış olunub 26.01.2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuş “Fiziki məhdudiyyətli insanlarin cəmiyyətə inteqrasiyası” adlı layihə çərçivəsində fiziki məhdudiyyətli insanların əl işlərindən ibarət “Biz Bacardıq” adlı sərgi ilə tanışlıq olub. Tədbirdə Milli Məclisin deputatı Sona xanım Əliyeva, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri, Gənclər və İdman idarəsinin rəisi Emin İsmayılov və rayon sakinləri iştirak edib. Sərgidə çıxış edən Milli Məclisin deputatı Sona xanım Əliyeva dövlətimizin fiziki məhdudiyyətli insanlara göstərdiyi yüksək qayğını xüsusi vurğulayaraq bildirib ki, tədbirin məqsədi əlilliyi olan insanların problemlərinin həllinə köməklik etmək və onların cəmiyyətə möhkəm inteqrasiya etməsinə dəstək verməkdən ibarətdir. Bu layihənin həyata keçirilməsi ölkə miqyasında yeni simaların aşkar edilməsində bir ilk olacaq. Sona xanım Əliyeva cıxışında layihə rəhbəri Mətanət Quliyevayanın fəaliyyətini çox yüksək qiymətləndirdiyini qeyd edərək, onu təbrik edib və uğurlar arzulayıb. Daha sonra lahiyə rəhbəri Mətanət Quliyeva çıxış edərək tədbir iştirakçılarına layihənin məqsədi və layihə çərçivəsində görüləcək işlər barədə məlumat verdi. Layihə rəhbəri vurğuladı ki, layihənin məqsədi əlilliyi olan istedadlı simaları üzə çıxarmaq, onların cəmiyyətə inteqrasiya olmasına nail olmaqdır. Daha sonra tədbir iştirakçıları layihə rəhbəri Mətanət Quliyevanın sərgisi ilə tanış oldular və bədii hissəni dinlədilər. Tədbir iştirakçıları əlilliyi olan, uşaqların yaxınları və valideynləri layihə haqqında müsbət fikirlərini bildirərək bu layihənin davamlı olmasını arzuladılar. Sonda göstərdikləri dəstəyə görə Heydər Əliyev Mərkəzi, Şəmkir Rayon İcra Hakimiyyəti və bir sıra şəxslər sertifikatlarla təltif edilib.

28080398_891031077745452_1408846371_o 28080409_891031021078791_13857093_o 28080527_891031064412120_1390655234_o 28080594_891031067745453_1281634414_o 28080681_891031047745455_257935009_o 28080853_891031041078789_1689196764_o 28081736_891031017745458_2120214051_o 28124542_891031034412123_1413485521_o 28125578_891031091078784_1933346362_o 28125947_891031054412121_365239122_o

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir