20Yanvar:-YADDAŞIMIZA QANIMIZLA YAZILDI!!!

20yanvar-af-8

1990-cı il yanvsrın 19-dan 20-sinə keçən gecəni yaddaşımıza xalqımızın qanı ilə yazdılar. Bu divanı bizə eyni ittifaqda birləşdiyimiz Sovet İttifaqının “QIZIL ORDU” saydığımız ordusu tutdu. İnsafən deyək ki, biz bir millət olaraq heç indidə inana bilmirik və onların bizə belə bir qəddar münasibətdə olmasını düşünmürdük. Bu gün də bu hadisənin törədilməsinin müəllifləri kimi o, vaxtkı Sovet İttifaqının başçısı Mixail Qorbaçovu və onun müdafiə naziri marşal Yazovu biliriksə, vəhşiliyi törədənlərin ermənilərdən ibarət xüsusitəyinatlılarının olması şübhəsizdir.
Ermənistanla eyni ittifaqda birləşməyimizə baxmayaraq onlar zaman-zaman havadarlarına arxalanaraq bizə qarşı vəhşiliklər törətmişlər. Bunun davamı olaraq 1988-ci ildə ölkəmizin ərazi bütövlüyünü pozmuş, bizdən ərazi iddiasında olmağa başlamışlar. Keçmiş SSRİ-nin rəhbəri M. Qorbaçov də buna göz yumurdu. Dəfələrlə Ali sovetin sessiyalarında Azərbaycan tərəfi buna etirazını bildirsə də, SSRİ rəhbərliyindən bu qarşıdurmaya son qoyulmasını tələb etsələr də rəhbərlik buna əhəmiyyət verməmişdir. Nəinki əhəmiyyət verməmişdir, dolayısı ilə Ermənistan Respublikasını müdafiə etməkdən də çəkinməmişdir. Demokratiya və aşkarlıq adı altında ermənilərin öz çirkin əməllərinin həyata keçirilməsinə rəvac vermişdir. Ölkəmizin ayrılmaz hissəsi olan DQMV-nin Azərbaycan Respublikasından qopardaraq Ermənistan Respublikasına birləşdirilməsinə SSRİ höküməti dəstək olurdu. Bundan hiddətlənən xalq ayağa qalxaraq öz ərazi bütövlüyümüzün bərpa edilməsi üçün birliklərini nümayiş etdilər. Ardı arası kəsilməyən mitinqlər oldu. SSRİ höküməti Ermənistanın diktəsi ilə Azərbaycan xalqının bu həmrəylik nümayişlərini dünya xalqlarına və Beynəlxalq Təşkilatlara dövlət çevrilişinə cəhd kimi təqdim etdi. Respublikanın iri şəhərlərində artıq komendant saatı tətbiq olunmuşdir. Bir sıra öndəgedən ziyalılarımız həbs olunmuşdular. Bu 1990-ci ilin ilk günlərində artıq pik həddinə çatdırılaraq respublikaya ordunun yeridilməsi ilə nəticələndi. Həmin il yanvarın 14-də mitinq iştirakçılarına xəbərdarlıq edilmişdi və yanvarın 17-də təkrarən bir daha xəbərdarlıq edildi ki, meydanı boşaldın. Boşaltmasanız sizə atəş açılacaq. Haqq səsini dünyaya çatdırmağa çalışan kütlə buna əhəmiyyət verməmiş və mitinqi eyni coşqu ilə davam etdirmişlər. Bunu gorən komendant ilk olaraq telequlləni ələ keçirməyi və teleyayımın qarşısını almaq məqsədilə enerji blokunun partladılması əmrini vermişdir. Bundan sonra Yanvarın 19-dan 20-nə keçən gecə SSRİ ordusu, meydana çıxmış, Bakı və Bakıətrafı kənd və qəsəbələrdən dəstək verməyə küçələrə axışmış əliyalın əhaliyə hər tərəfdən atəş açmış, qaçmaq istəyənləri tankların tırtılları altında əzərək yerlə yeksan etmişlər. Həmin gün Bakı küçələrində qan su yerinə axırdı. Millət səhəri matəm içində açmışdır. Kimi balasını, kimi qardaşını, kimisi digər doğmalarını axtarırdı. Yüzlərlə “ŞƏHİD CANLAR” verdik, minlərlə insanlar əbədi əlillik qazandılar. Ən ağrılısı isə yenicə qurulmuş ailənin şamı sönməmiş ailənin çırağı söndü. İlham və Fərizə nakam məhəbbətlərini qanları ilə dastanlara köçürtdülər. 20 yanvar günü məktəblilər məktəbə gedərkən gülləbaran edildi. Avtobuslar atəşə tutuldu, minik maşınların üzərindən tanklarla keçirdilər. Şəhərdə bütün sahələr iflic edilmişdir. Evlərin pəncərələrindən bu vəhşiliyi ah-vay içində seyr edənlərə atəş açdılar. Neçə nəfəri bu vəziyyətdə güllələdilər və neçə-neçə insanları bu vəziyyətdə yaraladılar. Bu respublikanın bütün iri şəhərlərində ardıcıl olaraq həyata keçirildi. Zor gücünə xalq susduruldu, Ermənistan Respublikası havadarlarının köməkliyi ilə 20% torpağımızı işğal etdi, ümmumilikdə bir milyondan çox vətəndaşımız doğma dədəbaba torpaqlarından qovularaq qaçqın və köçkün düşdülər. Minlərlə şəhidlər verdik. Minlərlə vətəndaşlarımız müxtəlif xəsarətlərdən əlil oldular. Atəşkəs müqaviləsinin olmasına baxmayaraq bu gün də cəbhədə yaralanan və şəhid olanlarımız olur. Torpaqlarımız azad edilməyincə şəhidlərimizin sayının artması gözləniləndir. Allahdan şəhidlərimizə rəhmət, xalqımıza səbr diləyirəm. Allah bizi bu müsibətlərdən qurtarsın və bir daha heç vaxt xalqımıza belə müsibəti yaşatmasın. Amin!

Redaktor: Quliyev.R

Mənbə: mer.az

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir