MƏSUM YARATMIŞDİN, HAQQA TEZ QOVUŞDURDUN

Samirin əziz xatirəsinə

Səlimov Samir Zakir oğlu- 1981 ci il 19 fevral tarixində Ağsuda anadan olmuşdur. Ailənin böyük övladı Gülnarədir. Gülnarə dünyaya gələndən 9 ay sonra valideynləri onun sağlamlıq durumundan narahatlıq keçirirlər. Onu həkim müayinəsinə aparırlar. Həkimlər uşağı tam müayinədən keçirtdikdən sonra onda anadangəlmə SMA (Spinal Müsküler Atrofi) xəstəliyinin əlamətləri olduğunu deyirlər. Elə həmin vaxtdan da valideynlər vaxt itirmədən dərhal müalicəyə başlayırlar. Bir müddət keçdikdən sonra ailədə bir oğlan uşağı da dünyaya gəlir. Adını Samir qoyurlar. Onu bir qədər erkən həkim müayinəsindən keçirtdirirlər. Həkimlər Samirə də eyni diaqnozu qoyurlar. Valideynlərin istirabları daha da artır. Övladlarının gələcəkdə əlil arabasına möhtac qalmamaları üçün valideynlər mücadilə edir, Allahdan imdad diləyərək onları həkim nəzarətində saxlayırlar.Paytaxt Bakı xəstəxanalarında bir müddət müalicə etdirdikdən sonra valideynlər digər daha peşəkar həkimlərə müraciət etmək üçün respublikadan kənara çıxmağı da unutmurlar. Respublikamız Sovetlər birliyinin tərkibində olduğu üçün, övladlarını İttifaqın paytaxtı Moskva şəhərinin ən məşhur xəstəxanalarında müayinə və müalicə etdirməyə belə ata Zakir bəy əl atır. Zakir bəyin bütün səyləri nəticəsiz qalır. Övladları Gülnarə və Samir ömürlük olaraq əlil arabasına möhtac qalırlar. Uşaqlar artıq yaşa dolmağa başlayırlar. Zehni inkişafları möhkəm olur. Təhsil alırlar. Orta məktəb səviyyəsində təhsillərini başa vururlar. Buna baxmayaraq savadları onların Ali təhsil almaları üçün yetərli olub. Lakin rayon yeri olduğundan təhsillərini davam etdirə bilməmişlər. Samir həddindən artıq çox mütaliə etməyə vaxt ayırırmış. İntelektual oyunlara marağı çox yüksək olub. Şahmat və şaşki oynamağı sevirmiş. Ümumiyyətlə idman oyunlarına daha çox həvəsli olduğunu, gözəl şeerlər yazdığını, ayri-ayrı müsabiqələrdə yerlər tutduğunu deyir bacısı Gülnarə. Çox şən və hazırcavab uşaq olub. Heç kimin qəlbinə toxunmazmış. Heç zaman ayağa qalxa bilməyəcəyini bildiyi halda dostlarına zarafatla “durub səni indi təpiyimin altına salaram” deyərmiş. Bununla yanaşı ciddiliyini də qorumağı, davranışlarına nəzarət etməyi bacarırdı. Artıq böyümüşdülər. İşləmək, öz zəhmətləri ilə yaşamaq istəyirdilər. Baxmayaraq valideynləri onlar üçün hər şey edirdilər. Onların heç nəyə ehtiyacları yox idi. Amma Gülnarə xanımda işləməyə xüsusi bir həvəs var idi. 2005-ci ilin bir günündə Gülnarə xanımın beyninə “İctimai Birlik” yaratmaq ideyası gəlir. Bunu ilk dəfə özünün ömürlük dostu, fikir həmdəmi, sirdaşı saydığı əziz qardaşı Samirə deyir. Hətta gələcəkdə yaradacağı İB-nin adını da belə düşünüb təyin etmişdi. “GULSAM!”-yəni baci-qardaşın adlarının ön üç hərfinin birləşməsindən alınan bir addır. Samir bunu bəyənmir və bacısına da belə şeylərə baş qoşmamağı məsləhət bilir. Gülnarə xanım isə əməyə üstünlük verdiyi üçün ideyası barədə atası Zakir bəylə də məsləhətləşmək, onun da fikirlərini öyrənmək istədi. Zakir bəy fikir bildirməyə tələsmədi. Onların fiziki durumunu xeyli götür-qoy edəndən sonra belə qənaətə gəldi. Onlara razılığını verdi, amma şərtini də qabaqcadan bildirdi. Bu bir valideyn kimi onu narahat etməyə bilməzdi. Bax ona görə də dedi:- ” baxın gözəl ideyadır, bacı-qardaş əl-ələ verib işləyin. Gəlir əldə etməyinizə ehtiyacım yoxdur, yorulduğunuz andaca fəaliyyətinizi dayandıra bilərsiniz. Sizinlə ona görə razılaşıram həm fikriniz qalar, həm də faydalı bir işlə məşğul olarsınız. Ömür qısadır, bilmək olmaz. Mən bir gün həyatda olmaya bilərəm.” Sanki ürəyinə damıbmış ki, qısa bir zamanda əziz balalarından ayrılacaq. Özü bə bu ayrılıq əbədi olacaq. 2005-ci ildə Gülnarə xanım qardaşı Samirlə birlikdə “GULSAM ƏLİLLƏRİN REABİLİTASİYASI İCTİMAİ BİRLİYİ”ni yaradır, 2009-cu ildə ataları Zakir kişi dünyasını dəyişir. (Allah rəhmət eləsin) Bundan sonra ailənin ağırlığı evin xanımı, Natella ananın və evin kiçik oğlu Elnur bəyin çiynində qalır. Elnur bəy anasına yaxından dəstək olur. Ailədəki vəziyyətin nizamlanmasında atasını əvəz etməyə çalışır.

26696004_183911645687835_1531058786_o 26648541_183911629021170_473657174_n

Buna baxmayaraq Gülnarə xanım özünün ağılı və zəkası ilə ideyalar verir, proqramlar tərtib edərək layihələr həyata keçirir. Qardaşı Samiri özündən uzaq buraxmır. Hər zaman onu özünə arxa sayırdı.Baxmayaraq qardaşı Elnur onlara hər cür qayğı və diqqət göstərirdi. Yaratdığı İB bir çox uğurlara imza ataraq nazirlik tərəfindən bəyənilir və bir çox layihələrini dəstəkləyir. Elmə-təhsilə geniş yer verir. 2014-cü ilin noyabr ayında Paraolimpiyaçıların Ağsu rayonunda bir tədbirləri olur. Bu tədbirin orada təşkilatçılarından olan Kamal bəyə Gülnarə xanım bəzi işlərdə köməklik göstərir. Aralarında yaranmış xoş ünsiyyət dostluq münasibətinə çevrilir. Samirin idman oyunlarına olan həvəsi də müzakirə olunur. Bu zaman Kamal bəy BOCCİA paraolimpiya oyununun tez bir zamanda Azərbaycana gətirilməsini müdriyyətlə həll edəcəklərinə çalışacağını söyləyir. Elə də olur. Bir gün Kamal bəy Gülnarə xanımla qardaşı Samir bəyi mujdələyərək BOCCİA oyununun Azərbaycanda oynanılmasına icazə aldığını onlara çatdırır. Tez bir zamanda bacı-qardaş həmin oyunun Azərbaycanda ilk oyunçularından olurlar. Bir müddət sonra isə artıq əlillərdən ibarət komandalar yaranır. Turkiyədən bu oyunun ararılması üçün məşqçi dəvət olunur. Çox gözəl də təşkil olunur. Gülnarə və Samirə o, oyunda sonuncu dəfə 2016-cı ilin dekabr ayında iştirak etmək nəsib olur. Bu oyun naşı əllərə keçdiyindən Samirdə bu oyuna olan maraq itir. Həm də Samir xəstələnir və təqribən bir aya yaxın qrip xəstəliyindən əziyyər çəkir. Bu xəstəlik xroniki hal aldığından Samir 2017 ci il yanvar ayının 30-da dünyasını dəyişir. Bu ölüm aıləninin digər üzvlərinə, yaxınlarına nə qədər ağır təsir etsə də Gülnarə xanım qədər heç kimi sarsıtmamışdı. Gülnarə xanım Samiri itirməklə təkcə qardaşını deyil yaxın həmdəmini, sirdaşını itirmişdir. Allahdan Samir qardaşımıza rəhmət, anasına, yaxınlarına səbr diləyirəm. Ruhu şad olsun Samir!

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir