Əlilliyi olan insanların cəmiyyətdə rolu

21686131_120687098676957_6957714525313270067_n

Əlillik 3 dərəcə ilə qiymətləndirilir. Mənim bəhs edəcəyim əlillər 1-ci dərəcəyə aid olan əlillərdir. Bu əlillər də öz növbəsində iki qrupa bölünürlər. PASSİV və AKTİV ƏLİLLƏR.
Bu Baş İdarə tərəfindən (əmək və əhalinin sosial müdafiəsi nazirliyi) dəqiqliklə yoxlanmalı və qeydə alınmalıdır.
Passiv əlillik dedikdə biz nəyi nəzərdə tuturuq.
1. Tam hərəkətini itirmiş əlillər.
2. Hərəkətini qismən itirmiş və düşünə bilməyən əlillər.
3. Savadsız əlillər.
Tam hərəkətini itirmiş əlillər, 100% əmək qabiliyyətini itirmiş əlillərdir. Hansı ki, onlar heç bir fiziki və əqli işlə məşğul olmaq iqtidarında deyil.
Hərəkətini qismən itirmiş və düşünə bilməyən əlillər də fiziki və əqli əməklə məşğul ola bilmirlər. Ona fiziki imkanları yol versə də düşünə bilmədikləri üçün vaxtında yaxud da heç zaman qərar verə bilmirlər.
Savadsız əlillər təhsildən kənar qalmış yaxudda tədris materiallarını mənimsəyə bilməyənlərə aiddir. Bu əlillər arasında xüsusi bacarığa malik olan əlillərdə çox olur. Lakin savadsız olduqlarına görə özlərində inam tapa bilmirlər. Bu qəbildən olan əlillərin təqribən mində biri özünü doğrulda bilir və aktiv əlillər sırasına keçə bilir.
Aktiv əlillər də öz növbəsində faiz nisbətində olurlar.
1.Cəmiyyətdə mövqe tura bilən əlillər
2.Cəmiyyətdə mövqe tuta bilməyən əlillər
Cəmiyyətdə mövqe tutub etibar qazanmaq heç də asan başa gəlmir. İstər əlil olsun istərsə də tam sağlam insan olsun. Sağlamlara nisbətən əlillər üçün bunu əldə etmək daha çətin başa gəlir. İlk növbədə ona görə çətin olur ki, cəmiyyətimiz əlili qəbul etməyə tam hazır deyil. İkincisi əlillərin maddı imkanlarının aşağı olmasıdır. Hər iki halda əlilərin cəmiyyətimizin köməyinə ehtiyacı yaranır. Aktiv əlillər dövlətin aparıcı qüvvəsindən tutmuş əmək bazarına qədər hər yerdə qəbul olunmalıdır.Cəmiyyət həm onu qəbul etməli, həm də işçi qüvvəsi kimi ondan istifadə etməyə hazır olmalıdı, inanmalıdır ki, insan əlil olsa belə əmək qabiliyyətlidir. Şəxsi bacarıqlarını nümayiş etdirmək üçün həm dövlət, həm də cəmiyyət onlara dəstək olmalıdır.
Aktiv olub cəmiyyətdə mövqe tuta bilməyən əlillər barəsində qısaca onu deyə bilərəm ki, maraq dairələri geniş deyil. Dövlətin onlara ayırdıği müavinətlə razılaşıb yaşayışını onunla quran əlillərdir. Onlar özləri özlərini cəmiyyətdən təcrid edir, özünə qapanır və cəmiyyətdən qaçır. Hansı ki, onlar istəsələr həm cəmiyyətə və həm də özünə çox xeyirli işlər görə bilərlər.
Bütün hallarda əlillərin dövlətin və cəmiyyətin dəstəyinə ehtiyacları var. Öncədən təşəkkur edirəm.
Hazırladı: redaktor: Quliyev Rəfail.

Mənbə: mer.az

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir