IV SeniCup 2017 Boccia

23926434_1169731829827001_7303807186938789486_o

 

IV SeniCup 2017 Boccia

Noyabrın 24-də Respublika Paralimpiya İdman Kompleksində IV “SENİ CUP” turniri keçirilib. 2013-cü ildən boccia idman növünün təbliği məqsədilə keçirilən turnir Milli Paralimpiya Komitəsi və SENİ firmasının birgə təşkilatçılığı əsasında reallaşıb. Builki “SENI CUP” turnirində 17 rayon və şəhərdən 18-30 yaş arasında olan, ümumilikdə, 70-dən çox idmançı mübarizə aparıb. Turnirin açılış mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, birinci vitse–prezident Natiq Qasımov, deputat Sona Əliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, həmçinin digər dövlət qurumlarının əməkdaşları və idmançılar iştirak ediblər. Bildirilib ki, boccia mənşəyi İtaliyadan gələn bir idman oyunudur. 1984-cü ildə paralimpiya idman oyunlarına daxil edilib və 32 il ərzində 50 ölkəyə yayılıb. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi artıq 4 ildir ki, boccia idman növünün təbliğinə başlayıb. Boccia fərdlər, cütlər və ya üç komanda tərəfindən ifa edilə bilər. Artıq ölkəmizdə kifayət qədər məşhurlaşan bu idman növünə maraq gündən-günə artmaqdadır. Azərbaycan idmanı üçün yenilik olan bu idman növündə bütün ağır kateqoriyalı əlillik dərəcəsi olan uşaqlar, gənclər və hətta yaşlılar da güclərini sınaya bilərlər. Maraqlı mübarizə şəraitində keçən turnirin yekununda qaliblər mükafatlandırılıb. Turnirdə beş kateqoriya üzrə gücünü sınayanlar arasında BC1 kateqoriyasında Quliyeva Mətanət bürünc, Həsənova Nigarxanım gümüş,qızıl medal Könül Quliyeva , BC2 kateqoriyasında bürünc medal Bayramov Rüfət, gümüş Quliyev Rüstəm, qızıl medal Sona Ağayeva , BC3 kateqoriyasında bürünc medal Hüseynov Qafqaz, gümüş medal Rəhmanov Əmrah, qızıl medal Hacılı Emin,BC4 kateqoriaysında bürünc medal Məhərrəmov Yusif, gümüş medal İslamov Xəyal, qızıl medal Bəhruz Mirzəyev və BC5 kateqoriyasında bürünc medal Əliyev Ramid, gümüş medal Hüseynov Asim və qızıl medal Hüseynov İlkin qazanıblar. Yarışda ilk üçlükdə qərarlaşan idmançılara kuboklar, diplomlar və medallar təqdim edilib.

23916539_1169732909826893_955384952781690595_o 23916575_1169732976493553_8361442880106250859_o 23916588_1169732613160256_2725491973048443811_o 23926196_1169731716493679_8045910419651583348_o 23926434_1169731829827001_7303807186938789486_o 23926440_1169730529827131_7224637572266784119_o 23926499_1169729343160583_3922315816675383202_o 24059391_1169730096493841_4009964042203678484_o 24068525_1169729459827238_1354981805569919462_o 24068616_1169730086493842_1389769952001027613_o 24130055_1169732499826934_3231670786490234939_o 24130092_1169730416493809_5554361903834118253_o 24130540_1169732409826943_2271502743852425680_o 24131660_1169732239826960_1234537722723961621_o 24132100_1169729226493928_6781125255864760597_o 24173889_1169729849827199_3692467118710620460_o

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir