“Gəncsən? Başla!”

23379961_1159530844180433_5205444059770856448_n

Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ramanı qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya mərkəzində İmza Günü

Sağlamlıq imkanları məhdud idmançılar “Gəncsən?Başla!” kitabının imza günü keçirilib 10 noyabr 2017-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ramanı qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya mərkəzində “Gəncsən? Başla!” kitabının imza günü keçirilib. İmza günü sağlamlıq imkanları məhdud 50 gənc Boccia İdmançısının iştirakı ilə baş tutub. Tədbirdə çıxış edən müəllif, Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Dr. Nadir Adilov növbəti imza gününün bu mərkəzdə keçirilməsindən fərəh hissini duyduğunu bildirib. O, kitab haqqında fikirlərini iştirakçılarla bölüşüb. Dr.Nadir Adilov fiziki məhdudiyyətli gənclərlə həmrəylik nümayiş etdirərək, müəllifi olduğu kitabları onların istifadə etdiyi arabada əyləşərək imzalayıb. İmza günündə iştirak edən peşəkar təlimçi Sənan Nəcəfov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov Boccia idmançılarının motivasiyasının artırılması məqsədi ilə fizki məhdudiyyətli gənclərə təlim keçiblər. Onlar bərabərlik nümayiş etdirərək, təlimi fizki məhdudiyyətli gənclərin istifadə etdiyi arabalarda əyləşərək keçiblər. Bu, təlim iştirakçıları tərəfindən müsbət qarşılanıb. Tədbirin təşkilini həyata keçirən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya mərkəzinin direktoru Rəhilə Həsrətova çıxış edərk Mərkəz haqqında geniş məlumat verib. O qonaqların bu mərkəzi tez – tez ziyarət etmələrinin Sağlamlıq imkanları məhdud gənclərin peşə və reabilitasiyası üçün çox gözəl bir vasitə olduğunu, cəmiyyətə inteqrasiyada mühüm rol olduğunu vurğulayıb. 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya mərkəzi Paralimpiya komitəsinin Boccia idman növü üzrə Baş məşqcisi “Arabaçı TV”nin rəhbəri, Qarabağ müharibəsi veteranı İlham Məhərrəmov tədbir haqda fikirlərini bölüşüb. O bildirib ki, ”Gəncsən? Başla!” kitabı mərkəzin gənclərinin böyük marağına səbəb olub. İlham mərkəz haqqında da danışıb. O mərkəzdə müxtəlif kursların təşkil olunduğunu və 4 illik fəaliyyət müddəti ərzində 1200 nəfərin mərkəzin məzunu adına layiq görüldüyünü, onlarla məzunun hal-hazırda müxtəlif iş yerlərində çalışdığını qeyd edib. Bildirilib ki, mərkəzin 30-a yaxın tələbəsi Birinci Avropa oyunlarında könüllü kimi fəaliyyət göstərib. İlham Məhərrəmov xüsusilə vurğulayıb ki, Boccia idman növü əlləri zəif olan insanların məşğul ola biləcəkləri yeganə idman növüdür. Qeyd edək ki, tədbirin fotoları “ASAN Könüllüləri Təşkilatının” “FotoMən” layihəsinin fotoqrafları tərəfindən çəkilib.

23376183_1159531947513656_3002663044464285045_n

23376462_1159532470846937_911513127904558374_n

23434923_1159532624180255_8928455194066636655_n

23472242_1159530757513775_1448684550089633087_n

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir