“BİZ DOST DEYİLİK”

23244109_837982816383612_4602333954931461501_n

“BİZ DOST DEYİLİK”

Yuxuya getdiyimiz an, qəfil bizi oyadan, yenidən ayağa qalxmaga vadar edən çoxsaylı səbəblər olur. Düşünürsüz bir şairi şirin yuxusundan “ilhamın pıçıldadığı ” şeir, narahat ruhu, təlatüm kimi beyninə çırpılan dusuncələri olar. Haqlisiniz.

Amma bu dəfə səbəb tam başqadır.
Yarı yuxulu sosial şəbəkənin ana səhifəsindən çıxıb, telefonu söndürmək istəyirdim,gözüm doğum günü təbrikinə sataşdı. Şəkli gördüm. Gözlərim işıq sürəti ilə açıldı. Ağlımda ifadə edilə bilməsi çox çətin olan, ad günü təbrikleri, sürprizləri, kreativ hədiyyələr, sevgi, təşəkkür,arada gəlib keçən illər hamısı yeni gələn filmin anonsları kimi, tez -tez gözümün önündə canlandı….
Bu izahı olmayan hisslərlə əsla gözlərimə yuxu yaxın gəlməzdi. Görəcəyim iş, dan yeri qızarana qədər, tavandakı, işıq xəttini izləməli, hərdən də, təkrar –təkrar divarlarla “salam”lasmağim olacaqdı.
Bəri başdan işimi bilib, ayağa qalxdim. Artıq telefonum da, yuxuya getməyə hazırlaşırdı. Onu da, oyatmaq üçün, enerji yığmasina dəstək göstərdim. Beynimdə isə, anonslar hələ də , davam edirdi. Get –gedə daha da, yeni flimlərin kadrlarından fraqmentler meydana çıxırdı.
Asta -asta işığı yandırdım, çkaydani alıb su götürdüm. Qaynaması üçün işə salıb, içəcəyim piroqu seçdim.
…Və bir fincan qaynar çay, şokoladlı piroq, gözlərini açan sevgi dolu xatirələr, hisslər , saat 02:10 .Yazmaq üçün hər şey var , tam zamanıdır.
Onu da, bilirsiniz insan bəzən sözlərin çoxluğundan susur. Mən susurdum. ..
Hardan ,nədən, necə başlayacağımı düşünürdüm.
Deyəsən atalar demişdi, ” Söz vaxtına çəkər ” dünən gecə elə bu vaxt “Dost ” sözünden kusməsəydim, o sözün üstündən xətt çəkməsəydim, o sözü lüğətimdən silməsəydim bu insana dostum deyəcəkdim. Amma müraciətin forması dəyəri dəyişmir.
O sözün öz quvvəsini itirməyi , bizim munasibətimizi dəyişmədi. Yox əgər, dəyişldi deyirsinizsə bəli, dəyişdi. Bu dəyər daha da, artdı .Bu bağ daha da, gucləndi. Bəlkə də, yaxınımızda bizimlə olan bütün insanlara dost dediyimiz üçün, bu qədər tez çixdi söz lüğətimdən, tez incidim ondan.
Dəyişən bir şey də, oldu ki, fərqinə varıram deyəsən bizim üçün dost sözü çox cılız gəlirdi.
Bu sözün əslini, əsl mənasını izah etmək üçün indi uyğun zaman deyil. İndi daha önəmli bir məsələ var.
Onu da, qeyd edim ki,daha əvvəlki təcrubələrimdən növbəti bir nəticəyə gəlmişəm ki, münasibətlərə və hislərə mütləq ki, bir ad vermək əslində çox mənasızdır.
Çünki, insanlıq ,mənəviyyat, münasibət üçün həll olunacaq daha önəmli məsələlər var. Əsas olan ədəbli, sağlam sütunlar üzərində qurulan münasibətlər olsun. Onların adlarının olmasının bir mənası yoxdur.
Yeni qərarımla verdiyim düşüncələrim deyir ki, O, mənim dostum deyil.
O, mənim üçün çox dəyərli,insani keyfiyyətləri yüksək olan, doğru əqidəyə sahib,ədəbli insandır.
Niyə tanımayasınız axı, belə bir insanı.
Vüqar Əsgərov la tanışlığımızın 2 ili, Oktyabr ayının 30-u tamam oldu.
Hardan baslayıb, hara gəldiyimizi danişsam gərək ki, növbəti çayı qaynatmalı yox, yenidən dəmləməli olacam. Həm onları da, yazsam bizə aid bir şeyləör qalmaz.
(Sonra ardıcıl təkrar edənlər olar. Sirrimizi oğurlayarlar)
Vüqar müəllimlə yaxından tanış olmagımızın səbəbi, Onun ,kurs keçdiyim Peşə Reabilitasiya Mərkəzində çalışmasıdır.
2 il müddətində bir çox işlər görürsən və təbii ki, bütün bunlar birliktə olduğu üçün insanların bir -birilərini tanıması daha asandir.
Mən isə , əvvəlki düşüncəmlə desəm, müəyyən müddət əvvəl gözümü açdim ki, zaman bu insanı dost seçib mənim üçün.
Mən , bu insan sayesinde anladım ki, dostu secmirler, dost taleyimizin bir qismetidir. Bizim ele bir, seçim şansımız yoxdur ki, bir insanı secib özümüze dost edek, ya dost olaq. Bele olarsa ehtimallarin çoxu yarı yolda qirilir.
Semimi olmayan insan,xoş munasibet qura bilmez. Xoş olmayan munasibet dostluq ola bilmez.
Mal ,mülk üzərində olan munasibet, dostluq ola bilmez.
Danisanda, qarsindakini dinleyende sol tərəfində bir şeyler terpenmirse, bu içten munasibet ola bilməz.
Urekden olmayan neise varsa, ondan bir şey gozlemeye deymez!
Məni bu insana çeken kiçik kabinetinde böyütdüyü sevgisi, heqiqeten semimi gülüşü, dəyər verme qabiliyyeti, saf niyyeti oldu.
Bu illerin böyük tecrübesi ele, o kiçik kabinetde yaşandı.
O merkezde tek peşe deyil, heyat oyrendik. Muellim kimi müəllim oldu. Bezen ata kimi meslehet verdi, emi kimi qorudu, dayı kimi qaygimiza qaldi.
Bunlara baxanda deyirem ki, ne yaxsi, Allah uzunuze baxib, bizlərin uz tutdugu merkezlerde Onlar, kimi insanlar çalışır.
Mən heç bu insana dostum dememisdim amma, o dostum idi.
Bax men dediyime geleceksiniz. Inanin mene.
Önemli olan sene ne demeyi, nece muraciet etmesi deyil. Önemli olan emelidir, niyyetidir.
Mən bu insanın yanında saatlarla aglamisam. Hem de nece, honkur -honkur, için -için. Ata, anamim yanında nece, bax elece. !
Göz yaşlarım süzülüb, iz salib yanaqlarima , o qədər üzülerek hem de, sevinmisem. Sevinmisem ki, bunu anlayan birinin yanında axır bu yaşlar….
Məni narahat eden, incidən her şeyi danışmısam.O siz, dost deyirsiz ne deyirsiz bilmirem. Sirlerinizi bolursuz ne edirsiz bax men hamisini etmisem. Amma dostum dememisem.
Siz , o sirleri basqalarindan esitmisiniz. Sonra O yaşların bes qatini axitmisiniz amma, men o yaşlardan sonra en gozel sözler eşitmisem.
Dediyi sözlerde, baxdigi gözlerde meni nece duyduğunu görmüsem.
Hələ onun yanında deli -deli gülmüşem. Bezen səbəbini yalniz ozum bilmisem. Guya danismaga baslamisam ki, birlikte gulek. O qədər gülmüşem sözümü sona catdira bilməmişəm. O, da mene qoşulub, birliktə gulmusuk.
Sen, niye gulursen deye sorusanda, Men de , sənə gulurem deyib. Bax buna lap çox gulmusuk.
Qürurdan, minnetdarliqdan, Allaha şükürden ureyimiz dağa donub.
Bezen müəllim iki kelme sözüm var deyib , 2-ni, 2-ye vurub saat elemisem .Amma bir defe, “bezdim” ifadesi gormemisem.
İş arasi çay sufresi açmisiq ,ortaq noqtemiz “ağ gilas ” murebbesi ile nuş elemisik. Özümü göstermek üçün, müəllim, men bisirmisem e,deyib ciddi -ciddi durmusam.
Gözüyle gülüb, güya da, inandım ha deye bir hava atıb mene.
Bizim tibb postu var merkezde. Sehhetinde yaranan her narahatliq üçün lazım olacaq her şey var.Amma ruhunu sagaldacaq hec ne yoxdur.
Herden gedib sessizce dayaniram qapinin yanında, susub baxıram. İlk reaksiya : Ahaa, nolub ay Mətiş yenə.
Mən də, biraz da, əzilib buzulurem, heç müəllim.
Yenə de, de, de görek nolub sene, “nöhün “belə “eliyirsən ” 
Ehh, müəllim darixiram. ..
Bu kelme besdi en azı, 2 saatlıq söhbətimiz başladı .
2 saat sonra: Can ,can ee müəllim. Vallah sizin otaqda “darixmaq dərmanı” var. Agzim qulaqlarimda sagollasib cixiram otaqdan.
İndi siz ,deyin men bu insana nece dost deyim, dost sözü sönük qalmirmi bunların yanında?
O ad altında munasibetler tez qirilir, dostları seçmek olmur, dostlar terk edir, dostlar xeyanet edir, dostlar çox zaman istediyimiz kimi olmur.
Amma yaxsi insan, her zaman , yaxsi insandır. Harda olur olsun,o dəyər onunladir.
Bu gecə bunları bir nefese yazmaq,doğum günü sebebi desem deyil. Çünki, bu yazilacaq olan hisler idi.
Amma mehz bu güne olmasına sebeb doğum günü oldu.
Bilirem ki, standart tebrikler bize yarasmir.
#Yaxşı_ki #Varsan!
Bunu tebrik etmek mutleqdir.
Doğum gününüz mübarek olsun! 03:56.

P.S …Və bu gün də, bu qədər sözlerden sonra gedib sessizce acacam qapini amma, heç bir söz deye bilmeyecem.
Sadece ifadesi izahsiz, qarsilliqli tebessüm !

23157344_837982793050281_2417817124474622851_o

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir