Fərqli görürsən, fərqli deyilik

22790091_832366786945215_184912449_o

Mətanət Qüdsinin möhtəşəm layihəsi

19 oktyabr 2017-ci il tarixində, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi, “Böyük Yol”Gənclər İctimai Birliyi və “Mətin Gənclər” Birliyinin birgə təşkiltçılığı ilə Mətanət Qüdsinin “Fərqli görürsən, fərqli deyilik” adlı silsilə təlimi həyata keçirildi. Təlimdə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini Aynur Abdullayeva, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Şəmkir rayon Təhsil Şöbəsinin müdir müavini Hafiz Pənahov,“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Ramin Cəfərov, ictimaiyyət nümayəndələri, məktəb şagirdləri və fəal gənclər iştirak etdilər. Təlimin əsas müzakirə mövzusu əlilliyi olan insanlara qarşı doğru fikirlərin yaranması, onlara qarşı olan yalnış və doğru münasibətlərin müzakirəsi, qarşılıqlı inteqrasiya və bərabər hüquqlu cəmiyyətin yaranması, əslində onların da cəmiyyətdən biri olduqlarına aydınlıq gətirmək və cəmiyyətə sübut etmək ki, onlarında yaşamaq üçün, karyera qurmaları üçün fiziki məhdudiyyətin əngəl olmadığını vurğulamaq və insanlarda düzgün fikir formalaşdırmaqdan ibarət oldu. Sonda gənclərə müxtəlif oyunlar, maraqlı suallar ünvanlandı.

22830945_832366760278551_267245716_o 22790091_832366786945215_184912449_o

22790805_832366773611883_369968507_o 22789846_832366783611882_1220945163_o

22790781_832366820278545_898545245_o 22768332_832366810278546_1597410482_o

22790159_832366840278543_1589254465_o 22768326_832366790278548_1314224127_o

22790117_832366756945218_1393144311_o 22768308_832366776945216_1542023757_o

 

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir