Sosial layihə

-mozart-altin-kursun-kalem-11715729-cyuy

 

Bir məqalə yazaraq yüzlərlə fiziki məhdudiyətli insana dəstək olun.

Əziz dostlar. Mümkünsə əlillik və əlilliyi olan insanlarla bağlı hekayə, məqalə və ya şeir yazaraq qartalorg@mail.ru mail ünvana göndərin. Göndərilən məqalələrdən 50 ədədi seçilərərək kitab şəklində nəşr ediləcək. Kitab çap olunduqdan sonra müəlliflərin də iştirakı ilə təqdimat və satış tədbirləri təşkil ediləcək.

Kitabların satışından əldə olunacaq pul vəsaiti Əlilliyi Olan İnsanlara, kimsəsiz və ehtyacı olan şəxslərə əlil arabası, dərman, ərzaq və digər zəruri məhsulların alınmasına və həmçinin, onlarının müalicəsinə xərclənəcək.

Məqalənin həcmi 1 səhifədən 5 səhifəyədək ola bilər.
Hansısa əlil insan haqda yaza bilərsiniz, əlillik və əlil insanlar haqda öz düşüncələrinizi qeyd edə bilərsiniz, əlilliyi olan insanlara müraciət ünvanlaya bilərsiniz, əlillərin cəmiyyətdə yeri və rolu barədə yaza bilərsiniz, insanlar arasında əlil insanlarla bağlı sorğu keçirə bilərsiniz. Ümumiyyətlə əlillik mövzusunun istənilən tərəfi haqda yaza bilərsiniz. Məqalənin altında adınızı və telefon nömrənizi yazmağı unutmayın. Yazılarınızı fevralın 15-dək qartalorg@mail.ru mail adresimə göndərməyi unutmayın.

Cəmi bir məqalə yazmaqla yüzlərlə insanı əlil arabası, dərman, ərzaq və digər zəruri məhsullarla təmin etmək istəyən hər kəsi layihəyə qoşulmağa dəvət edirəm

Layihə rəhbəri:     Samir  İmanov.

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir