Mən və əlil arabam

tekerlekli_sandalye_standart_ekonomik_kucuk

Samir İmanovun növbəti ş`eri

Mən və əlil arabam

Sən mənim yükümsən,  mən sənin yükün.

Sən məni-mən səni daşıyırıq biz!

Səni aparmasam gedə bilmərəm,

Məni aparmasan gedə bilməzsən,

Qəribə təzadla yaşayırıq biz!

 

Mənim bir parçamsan sən,

Amma cansızsan.

Mən sənin bir hissən,

Amma canlıyam.

Sən mənə ayaqsan, mənə sənə bədən.

Heç bilmirəm nəyə oxşayırıq biz!

 

Sən adi bir əşya, mən canlı bədən.

Mən sənə möhtacam, sən mənə hayan.

Sən mənim stulumsan.

Sən mənim gedən ayağım-

Sən dayağımsan.

Sən mənim ömürlük yol yoldaşımsan.

Yeni bir səfərə başlayırıq biz!

 

Bir yana getməyim sənə bağlıdı.

Bəs niyə təkərin bu gün bağlıdı ?

Bəlkə yorulmusan ?

Bəlkə küsmüsən ?

Səni incitsəmdə,

Səni yorsam da,

Yenə də kömək et, xidmət et mənə.

Gəl dəymə xətrimə, unutma bunu.

Həyat əlil üçün soyuqdur bumbuz

Onsuz da hər fəsil qışlayırıq biz!

 

Samir imanov.  14.11.2016   Sumqayıt

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir