Kimdir əlil ?

14590341_634178993430663_7684786642237410848_n-295x300

Mətanət Qüdsidən mükəmməldən üstün bir yazı

Kimdir Əlil?

Hisslərimi, fikirlərimi anlatmağa başlayanda düşündüm ki, mən əlil deyiləm. «Düşünmək» felinə elavə etdiyim zaman şəkilçisinin səsinə sanki, yenidən ayıldım. Mən düşünürəm, düşünməyi bacarıram. Düşünən beyin necə «şikəst» ola bilər ki? Necə insanlardan fiziki forma ve əzaların sayına görə ayrıla , hətta diqqətdən kənarlaşa bilər ki?

Bütün bu suallar düşündüyümü bir daha mənə sübut edirdi.Güman ki, bu yolda iki tərəf vardı. Mən o tərəflərin axtarışına başladım. Bir sualla: Kimdir elil?

Hər işdə “özündən başla” prinsipi ve qaydası ilə özümdən,öz ailəmdən başladım. Ailə 7 nəfər, 1 «əlil» (mən) 6 «sağlam» üzvlərdən ibarətdir. Babam, məsələyə bir yöndən baxar . «Nə yaradar,nə qurar» «Yaradana ağız burar». Nənəm üçün mən Allahın ailəmə göndərdiyi cəzasıyam, çünki, bunu hər dəfə anama xatırladır.  Aid olduğum incəsənət dünyası, yaradıcılıq mühiti ona maraqsız və baş qatdığım üçün məşğul olduğum mənasız oyun kimi görsənir.  Atam isə nə olmağından asılı olmayaraq hər şeyə neqativ yanaşan, pessimist  biridir. Onun sadəcə bir optimist  baxışı var, o isə, optimist  ata kimi, övladına optimist  ata- bala gözü ilə baxması. Yerdə qalan karyeram və şəxsi işlərim onun pessimist  gözlərlə baxdığı  bir əşyadır. Anam hesab edirəm ki, ailəmizdə olan dördüncü «əlillər» sırasına daxil deyil. Qardaşım orta məktəb təhsilini yaxşı davam etdirməyinə baxmayaraq düşüncə qıtlığından evimizdə əlil hesab etdiyim qrupa daxil olmağa meyillidir. Bacım daha az yaşlı (11yaş) olduğu üçün fiziki əlil və əqli «əlil» insanlar arasında qalıb,kimdən nə götürüb necə böyüyəcəyinə qərar verə bilmir.

Mən isə öz həyatını arzularına uyğun şəkildə quran, xilas etsə ,bu dünyanı sevgi edəcək deyib, sadəcə sevən biriyəm. Özümüzü evdə qoyub, kənar eyvandan evimizə baxıram. Acı təbəssümlə düşünürəm.

Kimdir əlil? Dostlarımla danışıb parkda yeni bitirdiyimiz romanın müzakirəsinə toplaşacağıq. Nəqliyyatdan istifadə edən «sağlam»lar sırasına aid edilmədiyimiz üçün , on dəfəlik nəqliyyatın gediş-gəliş xərcinə, bir dəfəyə məkana çatıram. 3-4 dəqiqə arabama qovuşmaq üçün vaxt çəkir (arabanın açılmağı üçün). Arabamla yol fasiləsi ayrılıqdan sonra, təkrar qovuşub təkərlerimi diyirləməyə başlayıram.Kənardan səslər gəlir «aaa» «booy yazıq» «Allah kömək ol» «can bala» «bıııy anan olsun» » boy qulağını çək» .

Hələ bəzən utanmadan qulağını dartıb taxta-dəmir axtarır vurmağa.Bir dəfə buna bərk gülmüşdüm, düşündüm ki, qulagini çəkdi, bəs taxta tapmasa necə olacaq, əlində qalacaq? Can deyib keçmişdim. Gəldim dostlarımdan qabaq məni qarşılayan 3-4 pilləkən oldu. «Sağ olsun» bu pilləkənlər də məni düşünməyə vadar etdi.

Görəsən kimdir əlil? Mənmi, yoxsa məni kimi hələ də bu işlərdən baş açmayan bənna «dayımı»?  Əli-ayağı, sağlamlıq imkanları yerində olan lakin, şikayət monoloqu quran, ona verilən ayaqlarla intihara qaçan, incə barmaqları şiddətə qıcıyan, haramı qanına bulayan,ruhunu şikəst qoyan insanlarmı? Düşünən beyinlərinin olduğunu unudub,sürünənlərmi?

Bir sükut…………düşün. Kimdir əlil?

 

Mətanət Qüdsi

Mənbə: bizimtv.info

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir